Rüstəm Orucov Bakı

Cüdoçu Rüstəm Orucov “Rio-2016” Yay Olimpiya Oyunlarının, eləcə də “Tokio-2019” və “Budapeşt-2017” Dünya Çempionatlarının və “Minsk-2019” Avropa Oyunlarının gümüş medalçısı, “Kazan-2016” Avropa Çempionatı və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısıdır.

Rüstəm Orucov

Bakı

Nəticələrin nə olmasından asılı olmayaraq, həyatda öz yolunuzu, istiqamətinizi seçməlisiniz. Seçimimi etdim və çoxlarının mümkünsüz hesab etdiyi bir çox şeyə nail olmaq üçün çox çalışdım. Qürur hissi ilə deyə bilərəm ki, hazırda Azərbaycanda ən titullu idmançılardan biriyəm.

Azərbaycanda idmana böyük dəstək və sevgi var. İlk Avropa Oyunlarını, 4-cü İslam Həmrəyliyi Oyunlarını, onlarla dünya və Avropa çempionatlarına dəfələrlə ev sahibliyi etmişik. Hər il Bakıda Formula 1 Qran Prisi də keçirilir. Hər birimiz üçün Vətənimizdə, millətimizin qarşısında yarışmaq qürurverici məqamdır. Bu hiss qeyri-adidir. Hələ də Bakı İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medal qazandığım anları xatırlayıram. Hiss və duyğularımı ifadə etmək mümkün deyil.

Cüdo dünyanın ən çətin idman növlərindən biridir. O, fiziki, zehni və mənəvi güc tələb edir. 2019-cu ildə Yaponiyanın Tokio şəhərində keçirilən 33-cü Dünya Çempionatında gümüş medal qazandım. Yaponiya cüdonun vətənidir. Təbii ki, buna yalnız mənəvi hazır olmaqla nail ola bilərdim. Bu amil mənim 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarında gümüş medal qazanmağıma vəsilə oldu.

Azərbaycanda 20 000 nəfərdən çox insan cüdo ilə məşğul olur. Onların əksəriyyəti gənclərdir və gələcəyi parlaqdır. Qələbə əzmi və qalib olmaq arzusu gənc və dinamik xalqımızın əsas təzahürüdür.

Tezliklə tatamidə görüşənədək!

xəbər bülletenimizə abunə olun