Bakının tarixi və mədəni məkanları

Qədim və müasir memarlığın ahəngini özündə birləşdirən Bakı tarixi və mədəni abidələr ilə zəngindir və onların bir neçəsi Ümumdünya İrs Siyahısına da daxil edilib. Şəhərin mərkəzini gəzərkən onların bəzilərinə tamaşa etmək imkanınız olsa da, muzeylərə baş çəkməyi də unutmayın.

 

İçərişəhər – qədim Bakı yadigarı

İçərişəhər – qədim Bakı yadigarı

Özündə tarixin qədim izlərini, unikal memarlıq abidələrini, Bakının simvollarından hesab olunan Qız qalasını qoruyub saxlayan İçərişəhər Ümumdünya İrs Siyahısına daxil edilib. Dar və dolaşıq küçələr, daş yollar, muzeylər, antik əşya dükanları, milli mətbəx restoranları bura gələn qonaqlara qədim şəhərin ruhunu hiss etdirir. Ətraflı

Qədim insan məskəni Qobustan

Qədim insan məskəni Qobustan

Bu yerlərin ən qədim sakinlərinin – əcdadlarımızın yaratdığı qayaüstü rəsmlər onların həyat tərzini, məşğuliyyətlərini təsvir edir. Min illər bundan əvvələ səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Yaxınlıqdakı palçıq vulkanları da sizin üçün maraqlı olacaq. Ətraflı

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması hesab etmək olar. Qeyri-adi dalğavari forması ilə insanı valeh edən unikal memarlıq abidəsi bir sıra maraqlı sərgilər ilə də son illər şəhərimizin qonaqlarının ən çox ziyarət etdiyi yerlərdəndir. Ətraflı

Şərq və Qərb arxitekturasının ahəngi

Şərq və Qərb arxitekturasının ahəngi

19-cu əsrdə Bakının yaşadığı “neft bumu”nun izlərinə şəhərin mərkəzi küçələrində gəzərkən, demək olar ki, hər addımbaşı rast gəlmək olar. Avropadan dəvət edilmiş memarlar tərəfindən inşa edilən binalar özündə Şərq və Qərb memarlığının xüsusiyyətlərini birləşdirməklə Bakının müasir görünüşü ilə maraqlı təzad yaradır. Ətraflı

Milli İncəsənət Muzeyi

Milli İncəsənət Muzeyi

Ölkəmizin ən zəngin mədəniyyət ocaqlarından olan Milli İncəsənət Muzeyi həm yerləşdiyi binanın memarlıq quruluşu, həm də burada nümayiş olunan sənət əsərlərinə görə əsl incəsənət nümunəsidir. Kolleksiyasında 18 000-dən artıq eksponatın saxlanıldığı muzey milli təsviri və tətbiqi sənət nümunələri ilə bərabər, Qərb və Şərq incəsənətinin müxtəlif dövr və üslublarını özündə birləşdirir. Ətraflı

Milli Xalça Muzeyi

Milli Xalça Muzeyi

Azərbaycan mədəni irsinin nüvəsini təşkil edən xalçaçılıq əsrlər boyu xalqımızın əsas məşğuliyyəti, Azərbaycan xalçaçılarının toxuduğu əl işləri isə müxtəlif sarayların, muzeylərin bəzəyi olmuşdur. Qeyri-adi xarici görünüşü ilə seçilən muzeydə qədim el sənətinin minlərlə nümunələrinə tamaşa edərkən sanki sehrli aləmə düşəcəksiniz. Ətraflı

Əbədi alovlar məskəni

Əbədi alovlar məskəni

Azərbaycanın qədim dövrlərdə atəşpərəstlərin əsas məskunlaşdığı diyar olduğu, burada odun müqəddəs hesab edildiyi, qorunduğu hamımıza məlumdur. Atəşgah məbədi və Yanardağa baş çəkməklə isə vətənimizin niyə “odlar diyarı” kimi tanınmasının canlı şahidi olacaqsınız. Ətraflı

xəbər bülletenimizə abunə olun