Meysəri Şərab zavodu

Şamaxaıdaşərabçılıq

Meysəri

Azərbaycanın ən yeni şərab zavodlarından biri olan “Şirvan şərabları” (“Meysəri” olaraq da tanınır) ölkədə Avropa Birliyinin sertifikatını almış ilk orqanik şərab istehsalçısıdır. Zavodun üzüm bağlarının ilk 40 hektarı 2014-cü ildə salınıb və buradan 2015-ci ildə məhsul yığılıb. Bu gün həmin ərazi 160 hektar sahəni əhatə edir və yeni emal bölməsində Pera-Pellenc tərəfindən hazırlanmış yüksək keyfiyyətli fransız avadanlıqlarından istifadə olunur. Burada şərab turlarına daxil edilmiş kiçik şərabçılıq muzeyi, restoran və mehmanxana fəaliyyət göstərir. Milli mətbəximizin ən nəcib elementlərini özündə əks etdirən Abqora restoranında ləziz təamlar orqanik Meysəri şərabları ilə birgə təqdim olunur və qonaqlar üçün xüsusi masterklaslar təşkil edilir.

Şamaxı yaxınlığında yerləşən “Meysəri” şərab zavodunu Bakıdan İsmayıllı, Qəbələ, Şəki, yaxud Ağsu istiqamətində hərəkət etdikdə asanlıqla tapa bilərsiniz. Hələlik turlarda qonaqların yalnız fransız üzüm sortlarından alınmış təbii şərab variantlarının dequstasiyası nəzərdə tutulur. Bununla belə, gələcəkdə turistlərin dadması üçün təqdim olunan şərab növləri artırılacaq.

Meysəri
Qalereya

Meysari

xəritədə bax

Əlaqə

İş qrafiki:

Bazarertəsi – Şənbə, 08:00 – 19:00

(Bazar günləri öncədən reservasiya ilə)

Ünvan: Meysəri kəndi, Şamaxı

Tel.: +99412 565 00 40

Veb-səhifə: meysariwines.az

Əlaqə

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

other experiencesin Shamakhi

Alpakalar arasında ruhi sakitlik
Alpakalar arasında ruhi sakitlik
Uşaqlarla təbiətdə

Alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə... Daha ətraflı

Şamaxı dağlarında safari macərası
Şamaxı dağlarında safari macərası
Ailəvi istirahət

Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına... Daha ətraflı

Şamaxı boyu tarixi marşrut
Şamaxı boyu tarixi marşrut
İncəsənət, mədəniyyət, irs

Şamaxı boyu tarixi marşrut

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar.... Daha ətraflı

Azərbaycanın ilk məscidini ziyarət
Azərbaycanın ilk məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Azərbaycanın ilk məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

xəbər bülletenimizə abunə olun