Tovuz Baltiya şərab zavodu
İpək Yolu üzərində, gözəl mənzərələri ilə seçilən Tovuz rayonunda yerləşən “Tovuz Baltiya” şərab zavodu ürək-damar, mədə-bağırsaq və digər xəstəliklərə müsbət təsir göstərən nar və heyvadan hazırlanan süfrə şərabları, qazlı və qazsız şərabların istehsalı ilə məşğuldur. XIX əsrdə almanlar burada şərabçılığın inkişafına böyük təkan vermişdir. Bu irsi davam etdirən şərab zavodu hazırda fransız texnologiyası ilə Avropa standartlarına uyğun qablaşdırılan yüksək keyfiyyətli içkilər istehsal edir.
Əgər Tovuzun üzüm bağlarına səyahət üçün yetərli vaxtınız yoxdursa, istənilən zaman Bakının mərkəzində yerləşən Tovuz Baltiya Dequstasiya Mərkəzinə üz tutaraq heyva və nar şərablarının, konyakların, həmçinin alkoqolsuz içkilərin dadına baxa bilərsiniz. Mərkəzin peşəkar komandası sizə Kiçik Qafqaz dağlarının şərabçılıq sirlərini açacaq və ən yaxşı şərab-qəlyanaltı setləri haqqında tövsiyələr verəcək.