təbiətin səssizliyindəruhunuzun dincliyi
Ölkəmizin müxtəlif bölgələrində haykinq və kempinq etməklə təbiətin qoynunda istirahətdən zövq ala bilərsiniz. Amma bu fəaliyyətlər sizə bir qədər çətin gəlirsə və özünüzlə sadəcə kiçik çantanızı götürüb təbiətlə baş-başa qalmaq üçün səfərə çıxmaq istəyirsinizsə, bunun üçün də bölgələrimizə üz tuta bilərsiniz.
İsmayıllı rayonunda təbiətin ucqar guşələrindəki kabinə evlərdə müasir hotellərdə tapa biləcəyiniz imkanlarla qarşılaşacaqsınız. Sizdən tələb olunan yalnız telefonunuzu söndürərək sosial şəbəkələrdən uzaqlaşmaq və özünüzü təbiətin qoynuna atmaqdır. Burada həm təbii mühit, həm də yaradılan imkanlar ruhunuzun dincəlməsi, sevdiyiniz insanlarla ünsiyyət bağlarınızın möhkəmlənməsi üçün idealdır. Ailəliklə ocaq ətrafına yığışıb söhbətlər etmək, övladlarınızla çubuqda bişirməyi sınaqdan keçirmək, yaxud soyuq havada sizə yaxın insanlarla ünsiyyətdən isinmək üçün buraya üz tuta bilərsiniz.
Təbiət qoynunda bir neçə gün keçirmək üçün üz tuta biləcəyiniz başqa bir məkan Qəbələ rayonunun Vəndam kəndi ərazisindədir. Burada meşəlik ərazidə “A” formalı damları olan evlərin əhatəsində sanki başqa aləmə düşdüyünüzü hiss edəcəksiniz. Təbiətin səsini dinləmək və gümrahlığını ruhunuza çəkmək, terrasda günəşin şəfəqlərini qarşılamaq, tonqal ətrafında xatirəyə çevriləcək söhbətlər sizi buraya cəlb edəcək səbəblərin bəziləridir.
Ətraflı məlumat üçün:
Runaway House
Ünvan: İsmayıllı rayonu, Qalacıq kəndi
Tel.: +99455 255 2325
runaway.house
instagram.com/runaway.house
Daxma.az
Ünvan: Qəbələ rayonu, Vəndam kəndi
Tel.: +99450 647 4522
instagram.com/daxma.az