Bu ənənə Fransadan gəldiyi üçün çoxları onu “Beaujolais Nouveau” bayramı kimi tanıyır. Bu bayram hər il noyabr ayının üçüncü cümə axşamı günü Fransanın kiçik Bojo şəhərində keçirilir. Artıq saatın əqrəbləri 12:00-ı vuranda şərabçıların və qonaqların toplaşdığı şəhərin əsas meydanında çəlləklərdən tıxaclar çıxarılır və "Le Beaujolais Nouveau est arrivé!" ("Bojole gəldi!") şüarı ilə festival başlayır. Hər kəs bayramın gəlişini fişənglərin müşayiəti altında möhtəşəm atəşfəşanlıqla qarşılayır.
Ənənəyə sadiq qalaraq “Chabiant” şərabçılıq kompleksi hər il bütün dünya üzrə keçirilən məşhur “Beaujolais Nouveau” beynəlxalq festivalına bənzər "Vino Nuovo" adlı şərab bayramına ev sahibliyi edir. Müsabiqələr, mükafatlar, xeyriyyə auksionu, musiqi, qonaqlara hədiyyə olaraq ənənəvi qlintveyn və əlbəttə ki, hər qonaq üçün bir şüşə Vino Nuovo festivalın sadəcə bir hissəsidir!