The Renovationof Basgal
Basqal orta əsrlərə aid qala divarları, tarixi-memarlıq tikililəri, epiqrafik abidələri, kürəbənd su şəbəkələri, sənətkarlıq məhəllələri, məscid və pirlər, bulaqlar, hamam, qədim bazar meydanı və çay daşları ilə döşənmiş dar küçələri ilə Azərbaycan turizminin mərkəzində yer tutaraq yerli sakinlərin qürur mənbəyinə çevrilən bir məkandır.
Basqalda aparılan abadlıq işləri ipəkçilik kimi qədim sənətkarlıq ənənələrini, hər addımbaşı orta əsrlərə aid memarlıq nümunələrini və tarixin izlərini özündə daşıyan küçələri Basqalın Azərbaycanın mədəniyyət tarixində daşıdığı xüsusi əhəmiyyəti qoruyub saxlamışdır. Hətta evlərdə hər 4-5 hörgü daşından bir daşların arasına tikilinin zəlzələlərə qarşı dayanıqlı olması üçün qoyulan kətil ənənəsi də bərpa edilmişdir.
Eyni zamanda yenilənən Basqalda çoxsaylı üstünlüklər yerli sakinlər üçün daha əlçatan edilmişdir. Məşğulluğun artırılması istiqamətində yeni iş yerləri açılıb, bir çox sakinlər üçün gəlir mənbəyi yaradılıb. “Basqal Resort & Spa” hotelinin fəaliyyətə başlaması ilə tur bələdçiləri, aşpaz və qonaqpərvərliklə bağlı digər vəzifələrdə işəgötürülənlərin sayında da xeyli artım var. Ümumilikdə hoteldə 300-dən çox, Basqal qoruğunda isə 30 yerli sakin yüksək peşəkarlıqla xidmət göstərir. Bundan əlavə, Basqala artan turist axını yerli iqtisadiyyatın dəstəklənməsində payı olan sənətkarlıq nümunələri, milli yeməklər və nəfis əl işlərindən gəlir əldə etmək kimi yeni iş imkanlarını da özü ilə birlikdə gətirdi. Digər bir mühüm addım kəndin Bakı istiqamətindən girişi yaxınlığında yeni avtodayanacaq salınmasıdır ki, bu da ziyarətçilərin gəzintiyə piyada davam etmələrini təşviq edir, nəticədə isə hava və səs-küy çirklənməsi minimuma enir.
Əlbəttə ki, Basqalın füsunkarlığı turistlərin gözündə kəndin tarixi görkəmini qoruyub saxlayaraq daha çox qonaq qəbul etmək potensialının artırılması məqsədilə aparılan bərpa işləri nəticəsində daha da rəğbət qazanmışdır. Məsələn, köhnə daş evlər bərpa edilərək indi qonaq evləri kimi ziyarətçilər üçün özünəməxsus təcrübə imkanı təqdim edir. Gələcəkdə daha bir neçə ev təmir olunacaq və öz sahibləri tərəfindən idarə olunan qonaq evi kimi fəaliyyət göstərəcək.