Gəncədə Aleksandr Nevski kilsəsi

Zamanında rusların ibadət etmələri üçün tikilən Aleksandr Nevski kilsəsi bu gün Gəncə şəhərinin diqqətəlayiq xristian dini abidələrindən biridir.

Gəncədərus pravoslav kilsəsi

GəncədəAleksandr Nevski kilsəsi

 

Aleksandr Nevski Kilsəsi adlanan bu kilsə 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə məqsədilə topladıqları vəsait hesabına tikilib. Bizans üslubunda plint kərpicdən tikilən bu kilsə Azərbaycanda mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab olunur. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlandıqdan sonra 1935-1938-ci illərdə muzey binası kimi istifadə olunub. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılmışdır. Kilsənin qədim interyerində günümüzə qədər gəlib çıxan müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonlar da var.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub. Gəncədə olarkən bu tarixi kilsə mütləq diqqətinizi çəkəcək, odur ki, Aleksandr Nevski kilsəsinə ziyarəti indidən siyahınıza əlavə edin.

Ətraflı məlumat üçün:

  • Ünvan: Gəncə şəhəri, Hacı Əli Hüseynzadə küçəsi 2
  • Tel.: +99455 924 61 12
  • Hər gün, saat 08:30-18:00 (fasilə: 14:00-15:00)
Gəncədə | Aleksandr Nevski kilsəsi
QALEREYA

Gəncənin xristian irsini tanıyın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

xəritədə bax

Gəncədədigər fəaliyyət növləri

Gəncənin türbələr səltənəti
Gəncənin türbələr səltənəti
Muzeylər və qalereyalar

Gəncənin türbələr səltənəti

Haqqında çox rəvayətlər dolaşan Səbzikar qəbiristanlığı tarixdə imzalarını qoymuş adlı-sanlı şəxsiyyətlərin son məkanı olmaqla yanaşı,... Daha ətraflı

Cavad xan türbəsi
Cavad xan türbəsi
Muzeylər və qalereyalar

Cavad xan türbəsi

Gəncə bu günki məğrur simasını zamanında sinə gərdiyi mübarizələrə və mübarizlərinə borcludur. Həmin mübarizələrin birində... Daha ətraflı

Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Milli Parklar

Qafqazın ən böyük parkında gəzinti və əyləncə

Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev Park-Kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə... Daha ətraflı

Məhsəti Gəncəvinin yaradıcılıq irsi
Məhsəti Gəncəvinin yaradıcılıq irsi
Muzeylər və qalereyalar

Məhsəti Gəncəvinin yaradıcılıq irsi

Bu sarayları xatırladan binada Azərbaycanın ilk qadın şairəsi hesab edilən Məhsəti Gəncəvinin yaradıcılıq dünyasına səyahət... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Gəncə
Gəncə

Gəncə

Dahi Azərbaycan şairi Nizaminin vətəni olan Gəncə tarixi şəhər olmaqla bərabər, müasir və gənc ruhu ilə seçilir. Bu şəhərdə qədim dövrlərdən qalma abidələrlə yanaşı, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyətinə aid irs də qorunur. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun