Göygöl Milli Parkındatəbiətdən ilhamlanın
Göygöl rayonuna səfər zamanı, şübhəsiz, Göygöl şəhərindən 30 km məsafədə, ən böyüyü Göygöl olmaqla, son dərəcə cazibədar və şəffaf sulu yeddi gölün yerləşdiyi Göygöl Milli Parkına baş çəkəcəksiniz. Kiçik Qafqazın yamacında, qalın meşələrlə əhatə olunmuş, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə yerləşən Göygöl (suyunun şəffaflığına görə belə adlandırılıb) Azərbaycanın ən gözəl göllərindən hesab olunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və bu möhtəşəm mənzərəli gölün yaranmasına səbəb olub. Öz gözəlliyi ilə seçilən Göygöl illər boyu Azərbaycan rəssamlarının, musiqiçilərinin, yazıçılarının, o cümlədən XII əsrdə bu bölgədə yaşamış dahi Nizami Gəncəvinin ilham qaynağı olmuşdur. Göygöldən sonra Maralgölə də yollanıb, özünüzü sanki Alp dağlarında hiss edə bilərsiniz.