Hüseyn Cavidin Ev-Muzeyivə Xatirə Kompleksi
Tarixiliyi və mədəniyyəti ilə seçilən Naxçıvan şəhərinin görməli məkanları sırasında Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi xüsusi yer tutur. Xalqına məhəbbətlə bağlanan dahi Azərbaycan şairi Hüseyn Cavidin və onun ailə üzvlərinin məzarları üzərində ucaldılmış məqbərə Naxçıvanın müasir dövr memarlıq abidəsi olsa da, özündə Naxçıvan memarlığının ənənələrini daşıyır. Hüseyn Cavidin 1919-cu ilə qədər yaşadığı evdə yaradılmış muzeydə isə isə şairin həyatına aid 9000-dən çox eksponatla tanış ola bilərsiniz. Həmin eksponatlar arasında fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan "İblis" və "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları turislərdə xüsusi maraq doğurur.
Əksər arxiv sənədlərində Hüseyn Cavidin 1941-ci ildə Sibirdə dünyasını dəyişib və orada dəfn olunduğu qeyd edilir. Yalnız 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə görkəmli Azərbaycan şairinin nəşi Sibirdən gətirilərək doğma vətənində dəfn edilib və qəbri üzərində xatirə abidəsinin ucaldılıb. Bundan sonra 1984-cü ildə Hüseyn Cavidin ev muzeyinin, 1996-cı ildə isə məqbərəsinin rəsmi açılışı olmuşdur.
Ətraflı məlumat üçün:
- Ünvan: Naxçıvan şəhəri, H. Cavid küçəsi 4
- Tel: +99436 545 27 26
- İş qrafiki: Çərşənbə axşamı – cümə: 10:00-18:00, Şənbə və bazar: 10:00-17:00
- Giriş sərbəstdir.