Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub. Məbədin yanında karvansaranı xatırladan bir tikili də var.
Xəritəni yükləyin
MƏSAFƏ: 10,4 KM YOXUŞ: 909 M ENİŞ: 545 M |
MAKS. HÜNDÜRLÜK: 1443 M MİN. HÜNDÜRLÜK: 1001 M MÜDDƏT: 3 SAAT 5 DƏQ |
Marşrut Şəmkir çayını keçəcəyiniz yerə qədər kiçik eniş və yoxuşlarla, çaydan sonrakı hissə isə əsasən yoxuşlarla davam edir. Cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 2 km sonra sol tərəfə qalxıb, 550 m sonra Qız qalasına çata, yaxud Əmirvar kəndi istiqamətində davam edə bilərsiniz.
Bu nöqtədən 2 km sonra Şəmkir çayını keçib cığır ilə meşəni üzü yuxarı qalxmaq lazımdır. Meşə ilə 4,2 km hərəkət etdikdən sonra Əmirvar kəndinə çatırsınız. Qeyd edək ki, bu hissə əsasən yoxuşlardan ibarətdir. Kəndin girişindən sola 350 m irəlilədikdə Əmirvar şəlaləsinə çata, yaxud 1,8 km davam edərək kəndin çıxışına gedə bilərsiniz. Əmirvar kəndinə qədər dar cığırlardır. Təkcə Əmirvar kəndinin yolu avtomobillərin hərəkəti üçün uyğundur.
Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Soyuqbulaq–Mahrasa məbədi marşrutu ilə əlaqələndirilə bilər.
Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Şəmkir çayını keçmək çətin ola bilər.
Qida və gecələmə
Əmirvar kəndində kiçik dükan var. Kəndin çıxışında, marşrutun Əmirvar şəlaləsinə ayrılan hissəsində kiçik kafelər var. Əmirvar kəndində “İsmixanın qonaq evi”ndə (+99455 482 8691) qalmaq olar.
Su
Bu marşrut üzərində Əmirvar kəndindən sonra bulaq yoxdur.
Nəqliyyat
Gədəbəy rayonunun mərkəzindən Mahrasa məbədinə getmək üçün yolsuzluq avtomobilinə ehtiyac olacaq. Yol boyu Şəmkir çayını bir neçə yerdən keçmək lazım gəlir. Çayın bol sulu vaxtlarında maşınlar keçə bilmir.
Təhlükə qeydi
Şəmkir çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.
Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.
Mahrasa məbədi – Əmirvar marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Şəmkirdədigər fəaliyyət növləri
Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq
Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Siemens qardaşlarının Azərbaycanda fəaliyyəti ilə maraqlanırsınızsa, dərhal Gədəbəyə yollanın. Bu dağlar qoynunda yerləşən diyarda iki... Daha ətraflı
Qədim Şəmkirə zamanda səyahət
Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada... Daha ətraflı
Şəmkirdə alman irsi ilə tanışlıq
Şəmkir şəhəri müasirləşən və daim yenilənən görkəmi ilə hər kəsi təəccübləndirir, amma burada dəyişməz olaraq... Daha ətraflı
Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şəmkir şəhərində maraqlı və əyləncəli gün keçirmək üçün çox sayda imkanlar mövcuddur. Aşıq musiqisinə qulaq... Daha ətraflı