Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa

Əsası 18-ci əsrdə qoyulmuş əzəmətli Şuşanın özünəməxsusluğu dillər əzbəridir. Ancaq bu gün biz bu şəhərin unikallığını və əhəmiyyətini əks etdirən ən maraqlı faktları vurğulayacayıq.

Qarabağın döyünən ürəyibənzərsiz Şuşa

Qarabağın incisi, Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşaya təbiət təkrarsız gözəlliyə malik mənzərələr, bulaqlar bəxş etmişdir. Əbəs yerə belə hesab edilmir ki, Şuşaya bu ad şüşə kimi təmiz, şəffaf və möhtəşəm havasına görə verilmişdir.

2023-cü ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Çünki bu şəhər uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının mərkəzi olub. Bu şəhər dünyaya Üzeyir Hacıbəyov, Molla Pənah Vaqif kimi məşhur bəstəkar və şairləri bəxş edib. Azərbaycanın ilk şairələrindən biri, ölkə ədəbi irsinin görkəmli nümayəndəsi Xurşidbanu Natəvan da Şuşanın mədəni həyatında mühüm rol oynamışdır. 1873-cü ildə şəhərə çəkilən ilk su kəmərinin “Xan qızı” adlandırılması da məhz şairənin adı ilə bağlıdır.

Bundan əlavə, Şuşa Qarabağ xanlığının banisi olan Pənahəli xanın vaxtilə yetişdirməyə başladığı Qarabağ atları ilə də tanınır. Məşhur rus rəssamı Vasili Vereşşaqin hətta xatirələrində belə yazırdı: “Həyatım boyu gördüyüm ən gözəl atlar Şuşadadır”. Yeri gəlmişkən, bu gün bu cins dünyanın ən qiymətli cinslərindən biri hesab olunur.

Daha bir diqqətəlayiq fakt isə ondan ibarətdir ki, Şuşa Xarıbülbülün vətəni hesab olunur. Bu endemik gülün valehedici gözəlliyi və mənəvi dəyəri haqqında çoxlu əfsanə və hekayələr var. Orxideya ailəsindən olan bu unikal gül öz formasına görə bülbülə bənzəyir və onun adı da buradan gəlir: Azərbaycan dilindən tərcümədə “xar” sözü tikan mənasını verir, yəni “tikan üstündə oturub oxuyan bülbül” deməkdir.

Beləliklə, Şuşa zəngin tarixi, mədəni irsi və nadir təbiət abidələrini özündə birləşdirir. Bu şəhər əsrlər boyu özünəməxsusluğunu və əhəmiyyətini qoruyub saxlamaqla dünyanın hər yerindən tarix və mədəniyyətsevərlərin diqqətini cəlb etməkdə davam edir.

Qarabağın döyünən ürəyi | bənzərsiz Şuşa
QALEREYA

Şuşanı daha yaxından tanıyın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
25°C
Orta:
21.6 – 30.5°C / 70.9–86.9°F

Temperaturu hiss et

Hazırda:
27.8°C
Orta:
21.5 – 31.4°C / 70.7–88.5°F

Külək

Hazırda:
  • Əsasən günəşli və xoş
  • Cənub-Şərq
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Bakıdadigər fəaliyyət növləri

gözəllik səltənəti Şuşa təbiəti
gözəllik səltənəti Şuşa təbiəti
Haykinq imkanları

gözəllik səltənəti Şuşa təbiəti

Əzəmətli dağları, mənzərəli qalın meşələri, çağlayan şəlalələri ilə Şuşanın təbiəti insanı ovsunlayır, ruhunu dincəldir.   Daha ətraflı

istedadlı simaların yurdu Şuşa
istedadlı simaların yurdu Şuşa
İncəsənət, mədəniyyət, irs

istedadlı simaların yurdu Şuşa

Şuşa şəhəri Azərbaycanın zəngin mədəni irsinin mərkəzi kimi tanınır. Əsrlər boyu Şuşa bir çox istedadlı... Daha ətraflı

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
Mədəni irs obyektləri

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə

Bir çox tarixi şəxsiyyətin vətəni Tuğ kəndi bu gün çiçəklənib, dirçəlib yenidən inkişaf yoluna düşərək... Daha ətraflı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Orta əsr memarlığı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən məscidlər, ev-muzeyləri, malikanələr təkcə təkrarsız memarlıq nümunələri deyil, həm də... Daha ətraflı

tarixin yadigarı Tuğun sərvətləri
tarixin yadigarı Tuğun sərvətləri
Tarix və diyarşünaslıq muzeyləri

tarixin yadigarı Tuğun sərvətləri

Xocavənd rayonunda Qarabağ dağ silsiləsinin ətəklərində yerləşən Tuğ kəndi Azərbaycan mədəniyyətinin əbədi irsini sübut edən,... Daha ətraflı

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Milli mətbəxlə tanışlıq

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi

Şuşanın zəngin mətbəxinin müxtəlif ləzzətləri bütün dünyaya çoxdan səs salıb. Qarabağın münbit torpaqları, yerli əhalisinin... Daha ətraflı

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
Şərab zavodları

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs

Tarixi dəyərləri ilə tanınan və böyük turizm potensialına malik olan Tuğ kəndi əvvəlki şöhrətini bərpa... Daha ətraflı

Suqovuşanın tarixi irsi
Suqovuşanın tarixi irsi
Təbiət və macəra

Suqovuşanın tarixi irsi

Suqovuşan və ətraf rayonların bənzərsiz təbiəti bir sıra mühüm əhəmiyyət kəsb edən tarixi yerləri ilə... Daha ətraflı

Zamanın dayandığı Cıdır düzü
Zamanın dayandığı Cıdır düzü
Haykinq imkanları

Zamanın dayandığı Cıdır düzü

Kiçik Qafqaz Dağlarının qoynunda yerləşən, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi və incəsənət beşiyi Şuşanın təbiəti, əsrarəngiz... Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun