Qaxın gözəllikləri məşhur filmin kadrlarında

“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar ilə bəzənən bu filmin əsas çəkilişlərinin hansı rayonumuzda aparıldığını bilirdinizmi? Məşhurluğu ölkə sərhədlərini aşan bu filmin izi ilə sizi Qaxın möhtəşəm təbiətinə və tarixi abidələrinə səyahətə dəvət edirik.

Qax və“Qorxma, mən səninləyəm!” filmi

Qaxın gözəllikləriməşhur filmin kadrlarında

“Qorxma, mən səninləyəm!" filminin bəzi kadrları Bakıda çəkilsə də, çəkilişlərin böyük hissəsi Qax rayonunda baş tutub. 1981-ci ildə Yuli Qusmanın rejissorluğu ilə lentə alınan filmdə keşmiş SSRİ məkanında tanınmış aktyorlar – Muxtarbəy Kantemirov və Lev Durov, Azərbaycan kinosunun parlaq nümayəndələri – Həsənağa Turabov, Nəsibə Zeynalova, Mirzə Babayev, Həmidə Ömərova kimi tanınmış sənətkarlar rol alıb. Filmin bəstəkarı Polad Bülbüloğlu isə həm də baş rollardan birinin ifaçısıdır. Elə Polad Bülbüloğlunun filmin məşhur epizodlarından birində başında dayanaraq mahnı oxuduğu qala Qaxın tarixi məkanlarından olan Sumuq qalasıdır.

Filmin qəhrəmanı Rüstəm uzun illərdən sonra doğma kəndinə qayıdır və bütün hadisələr də bundan sonra baş verir. Filmdə cərəyan edən maraqlı hadisələrin fonunda İlisu kəndinin təbiət gözəlliklərinə elə ekran arxasından heyran olursan. Kadrlarda rastlaşdığımız Sumuq qalası, Ulu körpü kimi abidələr bu gün də öz möhtəşəmliyini qoruyur, yaşıl təbiətin qoynu isə yay aylarında turistlərin ən çox üz tutduqları yerlərdəndir.
 
“Qorxma, mən səninləyəm!” filminin izi ilə ölkəmizin şimal-qərb bölgəsinə yollanmaqla Qax şəhəri, İlisu və Ləkit kəndləri ilə tanış ola, Kürmükçay dərəsinin heyrətamiz mənzərələrinin canlı şahidi ola bilərsiniz. Yaxınlıqda yerləşən Mamırlı şəlaləsi və İlisu bulağı da səyahət marşrutuna daxildir.

Bu xəritə ilə siz kino qəhrəmanına çevrilib Qaxda sovet filmlərinin əsas çəkiliş məkanlarını ziyarət edə bilərsiniz.

Xəritəni yükləyin
QALEREYA

“Qorxma, mən səninləyəm!” filminin izi ilə Qaxa səyahətə çıxın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
19.5°C
Orta:
15.9 – 24.6°C / 60.6–76.3°F

Temperaturu hiss et

Hazırda:
21.5°C
Orta:
15.8 – 26.8°C / 60.4–80.2°F

Külək

Hazırda:
  • Nice with plenty of sunshine
  • Cənub
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Sovet filmlərinin çəkiliş məkanları

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Qaxdadigər fəaliyyət növləri

Dağ balının ünvanı Ləkit Bal Evi
Dağ balının ünvanı Ləkit Bal Evi
Qida, içki və gecə həyatı

Dağ balının ünvanı Ləkit Bal Evi

Ləkit Bal Evi bal yeməyi sevənlər, arıçılığın sirlərini öyrənmək istəyənlər və balın hazırlanmasında iştirak etmək... Daha ətraflı

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
İncəsənət, mədəniyyət, irs

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi

Səyahət bir çoxları üçün həm də başqa millətlərin dini müxtəlifliyi ilə tanış olmaq, anlayıb öyrənmək... Daha ətraflı

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Muzeylər və qalereyalar

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qax Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə ən qədim dövlətlər, onların ictimai-siyasi vəziyyəti... Daha ətraflı

Yüzilliklərin memarlığı İçəribazar
Yüzilliklərin memarlığı İçəribazar
Memarlıq

Yüzilliklərin memarlığı İçəribazar

Qax rayonunda yerləşən “İçəribazar” kompleksi tarixi-mədəni irsimizin ən gözəl nümunələrindəndir. Qalanın daxili ilə addımladıqca bu... Daha ətraflı

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq

Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq

Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa çatır. Daha ətraflı

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. Daha ətraflı

İlisu şəlaləsini tamaşa edin
İlisu şəlaləsini tamaşa edin
Offroad turlar

İlisu şəlaləsini tamaşa edin

İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı

Sarıbaşda off-road turları
Sarıbaşda off-road turları
Offroad turlar

Sarıbaşda off-road turları

Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Qax
Qax

Qax

Qafqaz dağlarının ən gözəl guşələrindən biri də Qaxdır. Bura istər qış, istərsə də yayda gözəldir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun