Sarıbaşdaoff-road turları
Sarıbaş kəndi Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1 602 metr yüksəklikdə yerləşir. Kənd ucqar ərazidə qərar tutub. Belə ki, bəzən hətta çay məcrasından çıxdıqda Sarıbaşın dünya ilə əlaqəsi kəsilir. Elə yaxşı hava şəraitində də kəndə gəlmək üçün xüsusi yolsuzluq avtomobilinə ehtiyacınız olacaq. Buna baxmayaraq, kəndin nadir daş memarlıq abidələri və gözoxşayan dağ mənzərələrini görmək üçün bu çətinlikləri çəkməyə dəyər. Kəndin əhalisi son on-on beş ildə azalıb - qışda burada cəmi 30 nəfər yaşayır. Buranın çeşidli yerli təamlarını, o cümlədən pendir və mürəbbələrini dadmağı unutmayın. Yerli insanların qonaqpərvərliyi qəlbinizi fəth edəcək.