Şimal-qərb marşrutunun sonlarında qədim tarixi məkanlar və dadlı fındıq bağları
Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə qoz-fındıq və xurma yetişdirilməsi ilə tanınan Zaqatalada müxtəlif çeşidli maraqlı ənənəvi təamları dada bilərsiniz. Artıq bir neçə ildir ki, Zaqatalada qoz, fındıq və şabalıd festivalı keçirilir. Qafqaz Albaniyasının qədim tarixi irsinə burada, demək olar ki, hər yerdə rast gəlmək olar. Belə ki, hətta bəzən ucqar kəndlərdə evin həyətində də orta əsrlərə aid qala və ya məbədin qalıqlarına təsadüf olunur. Bundan əlavə, rayonu əhatəyə alan Qafqaz dağlarında haykinq imkanlarından da yararlana bilərsiniz.