Kuzun – Yerği kek marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, Şahdağ platosunun sıldırım qayalıqlarının fonunda geniş subalp çəmənlikləri və ətrafda görününən Qızılqaya platosunun əzəmətli mənzərəsindən zövq alacaqsınız.

Kuzun – Yerği kek marşrutuüzrə haykinq

Kuzun – Yerği kek marşrutu

Yerği kek Azərbaycanın ən hündürdə yerləşən kəndlərindən biridir. Həm Yerği kek, həm də Kuzun kəndlərinin yerli əhalisi ləzgilərdən ibarətdir. Ləzgilərin əcdadları sayılan leqlər isə qədim Qafqaz Albaniyası dövləti ərazisində yaşayan tayfalardan hesab olunur.

Xəritəni yükləyin

MƏSAFƏ: 8 KM

YOXUŞ: 1090 M

ENİŞ: 20 M

MAKS. HÜNDÜRLÜK: 2380 M

MİN. HÜNDÜRLÜK: 1310 M

MÜDDƏT: 4 SAAT 50 DƏQ

 

Marşrut boyunca işarələr aydın sezilir və onları izləyərək irəliləyin. Bu yol yay aylarında Sudur kəndinə getmək üçün, qışda isə kuzunlular tərəfindən ot tayalarını daşımaq üçün istifadə olunur. 500 m-dən sonra sol yol Ləzə kəndinə gedir. Siz isə düz davam edib, 200 m-dən sonra yolayrıcında sola dönürsünüz. 4 km bu yoxuşlu yolla davam edib solda kəndə ayrılan cığırla davam edəcəksiniz. 3 km məsafə qət edib Şahdağ platosunun sərt sıldırım qayalarıqlarına açılan mənzərə ilə rastlaşacaqsınız. Kənd isə buradan bir az aşağıdadır. 

 

Mövsüm
Texniki olaraq çətin yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinin olması və yürüş təcrübəsi vacibdir. Xüsusən qışda qarlı vaxtlarda bu marşrutu qış yürüş geyimləri olmadan getmək tövsiyə olunmur. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı və yağışlı hava şəraiti yürüşü çətinləşdirə bilər. 
Yürüşün 6-cı km-də may – sentyabr aylarında qoyun sürülərinin yanında çoban itləri ilə qarşılaşa bilərsiniz. Buradan keçərkən ehtiyatlı olun. Yarana biləcək xoşagəlməz halların qarşısını almaq üçün çobanı uzaqdan səsləməyiniz tövsiyə olunur.

 

Ətraf cığırlar
Bu marşrutu Laza – Kuzun marşrutu ilə birləşdirmək olar.

 

Qidalanma və yerləşdirmə
Yerği kek ucqar kənd olduğu üçün turistik yer deyil. Kənddə qonaq qəbul edən yalnız bir ev var. Dükan, kafe və ya restoran yoxdur. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini marşrutun xəritəsində tapa bilərsiniz.

 

Su 
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Kəndin içində su doldura biləcəyiniz bulaq yoxdur. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Bu su mənbəyi yürüşün təxminən 2,5 km məsafəsində kiçik kolların, ağacların yaxınlığından axır.

 

Nəqliyyat
Qusarın mərkəzindən Kuzuna yalnız yerli taksilər ilə 25-30 AZN ödəniş qarşılığında getmək olar. Həmin gün Kuzundan geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və əlavə ödəniş tələb etmədən Qusara geri qaytara bilər.

 

İcazələr və xüsusi mühafizə edilən ərazilər 
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir. 
 

Qalereya

Kuzun – Yerği kek marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
25°C
Orta:
21.6 – 30.5°C / 70.9–86.9°F

Temperaturu hiss et

Hazırda:
27.8°C
Orta:
21.5 – 31.4°C / 70.7–88.5°F

Külək

Hazırda:
  • Əsasən günəşli və xoş
  • Cənub-Şərq
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Qusardadigər fəaliyyət növləri

Vəhşi təbiətdə  həyəcanı hiss et
Vəhşi təbiətdə həyəcanı hiss et
Milli Parklar

Vəhşi təbiətdə həyəcanı hiss et

Bura Şahdağ Milli Parkıdır - zəngin flora və faunası ilə seçilən, ürəkoxşayan mənzərələr və biomüxtəlifliyin... Daha ətraflı

Memari ahəngi ilə Şeyx Cüneyd türbəsi
Memari ahəngi ilə Şeyx Cüneyd türbəsi
Qədimi memarlıq

Memari ahəngi ilə Şeyx Cüneyd türbəsi

1544-cü ildə inşa edilən Şeyx Cüneyd türbəsi bir sıra tarixi hadisələrin şahidi olmuş mədəni irs... Daha ətraflı

Şahdağın qoynunda sürət həyəcanı
Şahdağın qoynunda sürət həyəcanı
Macəra və idman

Şahdağın qoynunda sürət həyəcanı

Şahdağın yamacları təkcə başı qarlı dağları seyr etmək və xizək əyləncəsindən zövq almaq üçün ideal... Daha ətraflı

Şahdağın yamaclarında gəzinti həzzi
Şahdağın yamaclarında gəzinti həzzi
Macəra və idman

Şahdağın yamaclarında gəzinti həzzi

Daha ətraflı

Yerği kek – Kuzun marşrutu üzrə haykinq
Yerği kek – Kuzun marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Yerği kek – Kuzun marşrutu üzrə haykinq

Bu marşrutla siz, Şahdağ platosunun sıldırım qayalarının fonunda geniş çəmənlikləri və ətrafda görününən Qızılqaya platosunun əzəmətli... Daha ətraflı

Kuzun – Laza marşrutu üzrə haykinq
Kuzun – Laza marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Kuzun – Laza marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, Qusarçay dərəsinin dərin sıldırım qayalıqları, şəlalələr və seyrək meşələrdən və Laza kəndindən... Daha ətraflı

Laza – Kuzun marşrutu üzrə haykinq
Laza – Kuzun marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Laza – Kuzun marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, Qusarçay dərəsinin sıldırım qayalıqları, şəlalələr və seyrək meşələrdən zövq alacaqsınız.  Daha ətraflı

Qonaqpərvər ləzgi kəndində qonaqlıq
Qonaqpərvər ləzgi kəndində qonaqlıq
Milli mətbəx

Qonaqpərvər ləzgi kəndində qonaqlıq

Hil kəndi təbii gözəllikləri ilə hər kəsi məftun edir. Dağlar qoynunda yerləşən bu ucqar kəndin... Daha ətraflı

Bazardüzü zirvəsinə yürüş
Bazardüzü zirvəsinə yürüş
Digər marşrutlar

Bazardüzü zirvəsinə yürüş

Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Rusiya ilə sərhəddə yerləşir. Bu xüsusi zonaya yürüş etmək... Daha ətraflı

Sakitlik üçün Qusarda terrenkur
Sakitlik üçün Qusarda terrenkur
Aktiv istirahət

Sakitlik üçün Qusarda terrenkur

Qusarın yaşıl təbiəti hər kəsə çox yaxşı tanışdır. Bəs bu təbiətlə vəhdət olub ruhunuzun dincəlməsini... Daha ətraflı

Şahdağda aktiv istirahət
Şahdağda aktiv istirahət
Macəra və idman

Şahdağda aktiv istirahət

Şahdağ kurortunda bütün ailə üçün onlarla maraqlı və əyləncəli fəaliyyət növü təklif olunur. Yayda ailəvi... Daha ətraflı

Qusarın yun xalça və geyimlərindən zövq alın
Qusarın yun xalça və geyimlərindən zövq alın
Yerli dəb və milli geyimlər

Qusarın yun xalça və geyimlərindən zövq alın

Qusarda qədim zamanlardan gözəl naxışlı corablar toxunur. Bu corabların funksional əhəmiyyəti daha da böyükdür. Qışda... Daha ətraflı

Qusarın mərkəzində şəhər gəzintisi
Qusarın mərkəzində şəhər gəzintisi

Qusarın mərkəzində şəhər gəzintisi

Qafqaz dağlarına yolunuzu Rusiya İmperiyasının tərkibində olduğu vaxtlardan qalmış rəngarəng qədim evləri ilə seçilən sakit... Daha ətraflı

Ləzgi mətbəxinin dadına baxın
Ləzgi mətbəxinin dadına baxın
Kulinariya master-klasları

Ləzgi mətbəxinin dadına baxın

Qafqaz dağlarının orijinal təamlarını dadmaq üçün Qusara yollanın. Azərbaycan mətbəxində xüsusi yeri olan ləzgi yeməkləri... Daha ətraflı

Şahdağda qış və yay macəraları
Şahdağda qış və yay macəraları
Macəra və idman

Şahdağda qış və yay macəraları

İlin istənilən vaxtında Şahdağ kurortunda ürəyinizcə fəaliyyət növü tapa bilərsiniz: xizəkçilik həvəskarları qışda, gəzinti və... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

Qusar
Qusar

Qusar

Azərbaycanın “şimal qapısı” ölkənin ən hündür zirvələri, yüksək səviyyəli dağ-xizək kurortu, gözəl dağ kəndləri və ləzzətli ləzgi mətbəxi və bütün bunları özündə birləşdirən Qafqaz dağlarının heyranedici təbiəti ilə seçilir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun