Ləzgi mətbəxinindadına baxın
Qafqaz dağlarında yaşayan əhalinin orijinal mətbəx ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizin şimal-şərq hissəsində yerləşən Qusar münasib məkandır. Azərbaycan mətbəxinə gözəl töhfələr bəxş edən ləzgilər bu rayonda sıx məskunlaşıb. Yerli insanlar ənənəvi ləzgi sobası - xərəkdə müxtəlif növ çörəklər, eləcə də şakuka (bir çoxlarına pitsanı xatırladır) bişirirlər. Dadmalı olduğunuz digər bir təam tskan adlanan ənənəvi ət piroqudur. Burada yediyiniz hər bir yemək ətraf dağları bəzəyən yaşıl meşələrdən toplanmış ətirli bitkilər və ancaq təbii məhsullarla zəngin olacaq. Qusar şəhərində və ətrafındakı yerli restoranlarda bütün bu deyilən təamlardan dadmaq olar. Ən gözəl məkanlar barəsində isə yerli sakinlərdən məsləhətlər ala bilərsiniz.