Lənkərandakənd təsərrüfatı turları
Lənkəranın isti, subtropik iqlimi sitrus meyvələri yetişdirmək üçün olduqca əlverişlidir. Rayona payızın əvvəlində səfər etsəniz, naringi, limon və kinkanla dolub-daşan rəngarəng kənd bağlarını görə bilərsiniz. Tarixən öz çəltik plantasiyaları ilə tanınsa da, Lənkəranda çayçılıq sahəsi 1930-cu illərdən çiçəklənməyə başlayıb və tezliklə çay Lənkəranın simvoluna çevrilib. Şəhərin girişində turistləri salamlayan nəhəng samovar abidəsinə diqqət yetirin! Yerli çay plantasiyalarına və sitrus meyvə bağlarına turlar da təşkil olunur. Həmin turları xüsusi bələdçilər, yaxud Lənkəran Destinasiya Menecment Təşkilatı vasitəsilə sifariş edə bilərsiniz. Hər ilin payızında keçirilən Çay, Çəltik və Sitrus Meyvələri Festivalında rayonun ən yaxşı məhsullarından dada bilərsiniz.