Mahrasa atəşpərəstliyin məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.
Xəritəni yükləyin
MƏSAFƏ: 10,2 KM YOXUŞ: 1090 M ENİŞ: 523 M |
MAKS. HÜNDÜRLÜK: 1450 M MİN. HÜNDÜRLÜK: 1034 M MÜDDƏT: 4 SAAT 50 DƏQ |
Soyuqbulağa aparan cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. 5 km sonra yolayrıcına çıxırsınız. Burada sağ tərəflə hərəkət edib 1 km sonra Qız qalasına çata, yaxud sol yol ilə davam edib Soyuqbulaq kəndinə yol ala bilərsiniz.
Yolayrıcından sonra yol dar meşə cığırı ilə davam edir. 3,2 km sonra kiçik çayı keçərək meşədən çılpaq dağlıq əraziyə keçirsiniz. Buradan 1,5 km irəlilədikdən sonra torpaq maşın yoluna çıxırsınız. Bu maşın yolu ilə irəliləyərək 2,7 km sonra Soyuqbulaq kəndinə çatacaqsınız.
Bu marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Mahrasa mədəbi – Əmirvar marşrutu ilə əlaqələndirilə bilər.
Mövsüm
Bütün mövsümlərdə uyğundur.
Qida və gecələmə
Marşrut üzərində yalnız Soyuqbulaq kəndində kiçik dükan var. Soyuqbulaq kəndində “Heyratın qonaq evi"ndə qalmaq olar (+99451 526 1188).
Su
Kəndə qədər sadəcə iki yerdə bulaq var. Mahrasa məbədi ətrafında bulaq yoxdur.
Nəqliyyat
Gədəbəy rayon mərkəzindən taksi və ya şəxsi avtomobil ilə Mahrasa məbədinə gedə bilərsiniz. Gədəbəy rayon mərkəzindən Mahrasa məbədinə getmək üçün dağ avtomobilinə ehtiyac olacaq. Yol boyu Şəmkir çayını bir neçə yerdən keçmək lazım gəlir. Çayın bol sulu vaxtlarında maşınlar keçə bilmir.
Təhlükə qeydi
Meşədən çılpaq dağlıq əraziyə çıxdıqdan sonra 1,5 km-lik yol üzərində bir neçə yerdə çoban alaçıqları var. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azma təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.
Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.
Mahrasa məbədi – Soyuqbulaq marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Şəmkirdədigər fəaliyyət növləri
Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq
Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Siemens qardaşlarının Azərbaycanda fəaliyyəti ilə maraqlanırsınızsa, dərhal Gədəbəyə yollanın. Bu dağlar qoynunda yerləşən diyarda iki... Daha ətraflı
Qədim Şəmkirə zamanda səyahət
Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada... Daha ətraflı
Şəmkirdə alman irsi ilə tanışlıq
Şəmkir şəhəri müasirləşən və daim yenilənən görkəmi ilə hər kəsi təəccübləndirir, amma burada dəyişməz olaraq... Daha ətraflı
Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şəmkir şəhərində maraqlı və əyləncəli gün keçirmək üçün çox sayda imkanlar mövcuddur. Aşıq musiqisinə qulaq... Daha ətraflı