Qəbizdərədə Azərbaycanın ən gursulu şəlalələrindən biri yerləşir. Car kəndinin ən məşhur abidəsi isə Cingöz, Çingiz və ya Cigiz adlı 16-cə əsrə aid kiçik qaladır. Cara gedən yol boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, texniki asandır – cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.
Xəritəni yükləyin
MƏSAFƏ: 15,6 KM YOXUŞ: 1350 M ENİŞ: 1000 M |
MAKS. HÜNDÜRLÜK: 1850 M MİN. HÜNDÜRLÜK: 550 M MÜDDƏT: 7 SAAT 55 DƏQ |
Başlanğıc nöqtəsindən təqribən 3,5 km meşə yolu ilə qalxdıqdan sonra yaylağa qalxan cığır yoldan sola ayrılır. Aydın dolayı cığır 2 km irəlidə açıqlığa çıxır, 600 m irəlidə düşərgə yerinin yanından keçərək Honzoqor yaylağına çatır.
Car kəndinə düşən cığır yaylağın qərb qurtaracağından başlayır. Dağlara doğru uzanan sirtin sol yamacı ilə az meyilli yoxuşla davam edən cığır 2 km irəlidə iki təpənin arasında düz yerə çıxır və sirtin sağ tərəfinə keçərək aşağı düşməyə başlayır. İki tərəfdən meşəli dərələrlə əhatələnmiş açıq sirtlə aşağı düşən dolayı cığır təqribən 4 km irəlidə sol tərəfə – meşəyə, daha 2 km irəlidə isə kəndin yuxarı tərəfində kiçik çay dərəsinə düşür. Çay kənarı ilə davam edən cığır az irəlidə qarşı tərəfə keçərək kəndə çatır. Bu çayı keçib nişanları izləyərək kəndin mərkəzi yoluna çıxacaqsınız.
Bu marşrutu Cardan başlayaraq getməyiniz fiziki cəhətdən bir qədər daha rahat olar.
Ətraf cığırlar
Ətraf ərazilər Zaqatala Dövlət Qoruğu və sərhəd mühafizə zolağı olduğu üçün işarələnməmiş marşrutlarla hərəkət etmək olmaz.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız Honzoqor yaylağında kompakt şəkildə 20-30 çoban təsərrüfatı olur. Ətrafda insanlar çox olduğundan gündüz saatlarında itlər təhlükəli deyil. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər. Çadırınız olmasa, boş qalan sığınacaqlardan birində qalmaq üçün çobanlardan xahiş edə bilərsiniz (adətən boş sığınacaq olur). Digər mövsümlərdə də boş sığınacaq tapıb qalmaq olar.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Qida və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir.
Su
Cığır boyunca azı 3 yerdə su mənbəyi var. Yaylağa çıxana qədər adambaşı 1-2 litr su götürmək kifayətdir. Yaylaq və yolüstü bulaqlar su ehtiyatınızı artırmağa imkan verəcək.
Nəqliyyat
Zaqatala şəhərindən Qəbizdərə kəndinə mikroavtobusla, (gediş haqqı – 0,60 AZN), yaxud taksi ilə getmək mümkündür (4-6 AZN). Şəhər mərkəzindən “Şəlalə” restoranına kimi (Qəbizdərə kəndinin başlanğıcı) 4 AZN-ə, “Qədim Qəbizdərə” restoranına (kəndin başı) kimi isə 6 AZN-ə getmək olar.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.
Qəbizdərə – Honzoqor – Car marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Zaqataladadigər fəaliyyət növləri
Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək.... Daha ətraflı
Zaqatalada forel balığı ovu
The Zagatala Trout Fish Farm is a special agritourism site in Azerbaijan’s lush North West... Daha ətraflı
“Qızılgüllər diyarı” Zaqatala
Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı
Car – Honzoqor – Qəbizdərə marşrutu
Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı
Zaqatalada ötən əsrlərə səyahət
Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı