Marşrut Cavadxan zirvəsinin altından, zirvəyə 700 m qalmış başlayır. Zirvənin hündürlüyü 2 107 m-dir. Cavadxan zirvəsində Cavad xanın abidəsi ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir. Marşrutla irəliləyərk Kəpəz dağına açılan ən gözəl mənzərələrdən birinə şahid ola bilərsiniz.
Xəritəni yükləyin
MƏSAFƏ: 13 KM YOXUŞ: 384 M ENİŞ: 940 M |
MAKS. HÜNDÜRLÜK: 2107 M MİN. HÜNDÜRLÜK: 1554 M MÜDDƏT: 6 SAAT 5 DƏQ |
Marşrut əsasən eniş və nisbətən düz yoldan, bir neçə yerdə kiçik yoxuşlardan ibarətdir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – qarşıda yol iki yerə ayrılır. Sol yol ilə irəliləmək lazımdır. Bir qədər sonra maşın yolu bitir və bu yerdə yol iki yerə ayrılır. Buradan isə sağ yol ilə davam etmək lazımdır. Maşın yolu bitdikdən sonra 1,6 km irəliləyib qarşıdakı təpənin sağ tərəfindən keçib sola doğru irəliləmək, 1,2 km sonra qarşıdakı təpənin üzərindən keçmək lazımdır. Bu hündürlükdən ətraf ərazilərə gözəl mənzərə açılır. Təpənin sağ tərəfi ilə də keçmək mümkündür. 1,7 km sonra maşın yoluna çıxırsınız. Buradan sola dönürsünüz. Bu yol Əzgilli kəndinədək davam edir. Başlanğıcdan sona qədər əsasən eniş və nisbətən düz yoldur, bir neçə yerdə kiçik yoxuşlar var. Marşrut Əzgilli kəndinə qədər işarələnib. Marşrutun ilk 4,1 km-i və son 4,15 km-i torpaq maşın yoludur, ortada qalan hissə isə dağ cığırlarıdır. Marşrutun yekun nöqtəsi Əzgilli kəndidir.
Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Cavadxan zirvəsi – Çıraqlı, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.
Mövsüm
Bütün mövsümlərdə gedilə bilər.
Qida və gecələmə
Yol boyu və Əzgilli kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz.
Su
Məlumat lövhəsinə 1 km qalmış bulaq var. Marşrut üzərində iki yerdə və Əzgilli kəndində bulaq var.
Nəqliyyat
Göygöl avtovağzalından Toğana kəndinə gedən avtobus və ya taksilərə minə bilərsiniz. Hacıkənd qəsəbəsindən Toğana kəndi istiqamətində hərəkət etdikdə “5 ulduz” restoranına çatmamış sağ tərəfə dönmək lazımdır. Torpaq maşın yolu ilə 10 km irəlilədikdən sonra məlumat lövhəsinə çatacaqsınız. Həmin torpaq maşın yolu yolsuzluq avtomobillərinin hərəkəti üçün uyğundur. Əgər həmin hissəni piyada getməyəcəksinizsə, Göygöl avtovağzalından yolsuzluq avtomobili ilə yola çıxın, çünki yolayrıcında maşın tapmaq çətin ola bilər.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Əzgilli kəndinin aşağı və yuxarı hissəsində hərbi hissələr var. Bu obyektlərin şəklini çəkmək və ərazisinə daxil olmaq qadağandır. Aşağı yol hərbi hissədən keçdiyi üçün bu yoldan istifadə etmək olmaz.
Təhlükə qeydi
Marşrut üzərində bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.
Cavadxan zirvəsi – Əzgilli marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Göygöldədigər fəaliyyət növləri
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı
“Göygöl” şərab zavoduna turlar
Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı
Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı