Marşrut Dəstəfur kəndinin mərkəzindən başlayır və kəndin içi ilə aşağı çıxışına qədər davam edir. Dəstəfur kəndində qəbrisitanlığın yaxınlığında alban məbədi var. 15-ci əsrə aid edilən məbəd 20-ci əsrdə Sovet hakimiyyəti nümayəndələri tərəfindən təmir-bərpa adı altında vandalizmə məruz qalmışdır. Hətta məbədin bir hissəsi partladılmışdır.
Xəritəni yükləyin
MƏSAFƏ: 8,5 KM YOXUŞ: 543 M ENİŞ: 494 M |
MAKS. HÜNDÜRLÜK: 1405 M MİN. HÜNDÜRLÜK: 1125 M MÜDDƏT: 3 SAAT 35 DƏQ |
Çıraqlıya aparan cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Kəndin aşağı hissəsinə çatdıqdan sonra kiçik körpü ilə çayın sağ sahilinə keçmək lazımdır. Buradan meşənin içi ilə yola davam edirsiniz.
Meşəyə daxil olduqdan 3,1 km sonra yol ayrıcına çatılır. Buradan 250 m sağda Kollu kəndi yerləşir. Sol yolla 1,4 km getdikdən sonra Gəncə çayının sahilinə çatırsınız. Çardaq və bulaq olan yerdən çayı keçib, çayın axınının əksi istiqamətində 350 metr irəlilədikdən sonra yol sol tərəfə burulur və 1,8 km sonra Çıraqlı kəndinə çatırsınız.
Marşrut bütünlükdə köhnə maşın yolu ilə irəliləyir. Bu yol hazırda yararsız vəziyyətdədir və maşınların hərəkəti üçün uyğun deyil.
Çıraqlı kəndi Daşkəsən rayonuna aid olsa da, bu rayondan kəndə maşın yolu yoxdur, yalnız Göygöl rayonundan getmək mümkündür.
Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Çıraqlı – Əzgilli, Çıraqlı – Cavadxan zirvəsi marşrutları ilə əlaqələndirilə bilər.
Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Gəncə çayını keçmək çətin ola bilər.
Qida və gecələmə
Marşrut üzərində yalnız Dəstəfur kəndində bir kiçik dükan var. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi”ndə (+99455 286 5228), Dəstəfur kəndində isə “Səmayənin qonaq evi”ndə qalmaq olar (+99455 225 7871).
Su
Kəndlərdə olan bulaqlardan başqa, marşrut üzərində yalnız bir yerdə bulaq var – Gəncə çayını keçdiyiniz yerdə sol sahildə.
Nəqliyyat
Dəstəfur kəndinə çatmaq üçün Daşkəsən rayonundan taksidən istifadə edə bilərsiniz. Kəndə qədər yol yaxşı vəziyyətdədir, bütün növ maşınların hərəkəti üçün uyğundur. Rayon mərkəzindən taksilər kəndə təxminən 20 manata gedir.
Təhlükə qeydi
Gəncə çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.
Dəstəfur – Çıraqlı marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Göygöldədigər fəaliyyət növləri
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı
“Göygöl” şərab zavoduna turlar
Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı
Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı