Marşrutun yekun nöqtəsi – Cavadxan zirvəsində alban məbədi yerləşir. Burada həmçinin Cavad xanın abidəsi də ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir.
Xəritəni yükləyin
MƏSAFƏ: 13 KM YOXUŞ: 940 M ENİŞ: 384 M |
MAKS. HÜNDÜRLÜK: 2107 M MİN. HÜNDÜRLÜK: 1554 M MÜDDƏT: 6 SAAT 5 DƏQ |
Marşrutun ilk 4,15 km-i və son 4,1 km-i torpaq maşın yoludur, ortada qalan hissə isə dağ cığırlarıdır. Başlanğıcdan sona qədər əsasən yoxuş və nisbətən düz yoldur, bir yerdə 500 m-lik kiçik eniş var. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Məlumat lövhəsinin yanında yer alan işarənin göstərdiyi istiqamətdən sol tərəfə doğru yol burulur, həmin hissə 1,8 km yoxuşdur. Yoxuşdan sonra 1,9 km daha düz ərazi ilə irəlilədikdən sonra maşın yolundan ayrılıb, sağ tərəfə təpənin üzərinə doğru cığır ilə irəliləmək lazımdır. Qarşıda görünən təpənin üzərindən aşıb sola doğru davam etmək lazımdır. Buradan ətrafa gözəl mənzərə açılır. Təpənin üzərinə qalxmadan sol tərəf ilə də irəliləmək mümkündür. Sola doğru 1,7 km cığırla irəlilədikdən sonra qarşıdakı dağın sağ tərəfi ilə cığırla gedin, 1,6 km sonra torpaq maşın yoluna çıxırsınız. Maşın yolu ilə irəlilədikdə sola yol ayrılır, burada düz davam etmək lazımdır. Bu yolayrıcından 2,5 km sonra məlumat lövhəsinə çatırsınız. Məlumat lövhəsinin yanında yolayrıcı var. Sol yol ilə 700 m yuxarı qalxdıqdan sonra Cavadxan zirvəsinə çatırsınız. Sağ yol Hacıkənd qəsəbə yoluna qədər davam edir. Marşrut Cavadxan zirvəsinə qədər işarələnib.
Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Əzgilli – Çıraqlı, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.
Mövsüm
Bütün mövsümlərdə gedilə bilər.
Qida və gecələmə
Yol boyu və Əzgilli kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz.
Su
Məlumat lövhəsinə 1 km qalmış bulaq var. Marşrut üzərində iki yerdə və Əzgilli kəndində bulaq var.
Nəqliyyat
Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün yolsuzluq avtomobili lazımdır. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Əzgilli kəndinin aşağı və yuxarı hissəsində hərbi hissələr var. Bu obyektlərin şəklini çəkmək və ərazisinə daxil olmaq qadağandır. Aşağı yol hərbi hissədən keçdiyi üçün bu yoldan istifadə etmək olmaz.
Təhlükə qeydi
Əzgilli kəndindən yuxarıdakı yoxuşu qalxdıqdan sonra bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.
Əzgilli – Cavadxan zirvəsi
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Göygöldədigər fəaliyyət növləri
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı
“Göygöl” şərab zavoduna turlar
Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı
Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı