Oğuz sinaqoqlarınıziyarət
Azərbaycanın şimal-qərbində yerləşən Oğuz ölkədə yəhudilərin tarixən məskunlaşdığı yerlərdən biridir. 1930-1933-cü illərdə burada yaşayan yəhudilərin sayı 2 000-2 500-ə qədər çatmışdır. Burada öz bayram və ənənələrini bölüşərək əmin-amanlıq içərisində yaşayan yəhudi və müsəlmanlardan ibarət nadir icma formalaşıb. XX əsrin sonlarında bəzi sakinlər buranı tərk etsələr də, icmanın bir çox üzvləri hələ də Oğuzda yaşayır. Yəhudi üslubunda tikilən evlər, iki sinaqoq və qəbiristanlıq şəhərdə yəhudilərin yaşadığından xəbər verir. Yerləşməsinə görə, dini ocaqlar Aşağı və Yuxarı sinaqoq adlandırılıb. Aşağı sinaqoq 1849-cu ildə tikilib və Oğuzda ilk sinaqoq hesab olunur. Yuxarı sinaqoq isə 1857-ci ildə tikilib, 2006-cı ildə isə tamamilə bərpa edilib. Oğuzda yaşayan yəhudilər ibadət etmək üçün hər cümə və şənbə günü sinaqoqları ziyarət edirlər.