qarlı zirvədəadrenalinli əyləncə
Dağ yelləncəyi “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində, “Yatmış gözəl” zirvəsində yerləşir. Bu adrenalın dolu attraksion sizə təkcə həyəcanlı anlar yaşatmayacaq, həm də yellənərkən qarşınızda açılan mənzərənin möhtəşəmliyinə heyran olacaqsınız. Hansı fəsil olmasından asılı olmayaraq yelləncəkdə hündürlüyə qalxarkən ayaqlarınız altında dağ zirvələrinə, meşələrlə örtülü yamaclara gözəl mənzərə açılacaq. Burada istəyinizə uyğun olaraq 7 və 20 metr hündürlüklü yelləncəklərdə adrenalin dolu əyləncəni yaşaya bilərsiniz.
Burada sizi gözləyən başqa bir əyləncə müşahidə nöqtəsindən ətrafı seyr etmək olacaq. Xüsusən qış aylarında bəyaz örtüyə bürünmüş dağları seyr etmək, zirvədə olmaq hissini yaşamaq əvəzedilməz anlarla xatirənizdə qalacaq. Bu nöqtə həm də sosial şəbəkələrdə paylaşmaqla dostlarınızı qısqandıracaq şəkillər çəkmək üçün idealdır.
Əlavə məlumat üçün:
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi
Ünvan: Qəbələ, Duruca kəndi
Tel: +99412 3101191
tufandag.com
Email: [email protected]