300 il eyniadlı sultanlığın mərkəzi olmuş İlisu kəndi bir neçə məhəllədən ibarətdir. Kəndin ən məşhur abidələri Ulu körpü və Ulu məscid 17-18-ci əsrlərə aid edilir. İlisuya qədər davam edən yürüş uzun, fiziki cəhətdən yorucu, bəzi hissələrdə sərt enişli-yoxuşludur. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.
Xəritəni yükləyin
MƏSAFƏ: 16 KM YOXUŞ: 1600 M ENİŞ: 1450 M |
MAKS. HÜNDÜRLÜK: 2280 M MİN. HÜNDÜRLÜK: 1020 M MÜDDƏT: 9 SAAT 20 DƏQ |
Başlanğıc nöqtəsindən işarələri izləyərək kəndin içi ilə davam edin. 400 m irəlidə çay yatağına çıxıb, qarşı tərəfə keçdikdən sonra cığır başlayır. 1,3 km irəlidə cığır meşəyə girir və 3,5 km sonra meşə zolağının üstünə – yaylaqlara çıxır. Burada ilk çoban alaçığı rastınıza çıxacaq.
Sağa – dağlara doğru qalxan azyoxuşlu köndələn cığır ilə əsasən sol yamac boyu 4,5 km hərəkət edərək, növbəti çoban alaçığı çatıb, bir az irəlidə sola – meşəyə düşürsünüz. Bir qədər sonra yenidən açıqlığa çıxan cığır 1,5 km irəlidə növbəti çoban alaçığının yanından keçib, dik dolayı yoxuşla davam edir və 800 m irəlidə aşırıma – marşrutun ən yüksək nöqtəsinə (Yarpızbasan yaylağı) çatır. Burada çardaqlı kiçik çoban alaçığı var.
Buradan qarşı tərəfdəki dərəyə düşən dolayı dik cığır 1 km irəlidə dərədən sola dönərək, yamacla az meyilli enişlə, köndələn davam edir. 2 km irəlidə cığır seyrək meşəliklər arasından yenidən dik dolayı enişlə davam edir və 1 km irəlidə Şamil qalasına (19-cu əsr) çatır. Qaladan sağa dönən enli cığır 600 m irəlidə İlisu kəndinin mərkəzi küçəsinə çıxır.
Bu marşruta İlisu kəndindən başlamaq fiziki cəhətdən qismən daha rahatdır.
Ətraf cığırlar
Qaşqaçaydan başlamazdan öncə Qumux – Qaşqaçay, Kiş – Baş Göynük marşrutlarını yürüşünüzə əlavə edə bilərsiniz. İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər 2 günlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Nəzərə almaq lazımdır ki, qeyd edilmiş dövrdə bu marşrut boyunca 4-5 yerdə çoban alaçığı olacaq. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Qida və gecələmə
İlisu kəndində, eləcə də Qaxdan İlisuya gedən yol boyunca kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Bu marşrutda bulaqlar məhdud saydadır. Cığırın yaxınlığında yalnız iki yerdə bulaq var ki, onlar da azsuludur. Yola düşərkən ən azından adambaşı 1,5 l su götürüb, qənaətlə istifadə etmək, eləcə də hər füsətdə suları doldurmaq lazımdır. Çoban alaçıqlarından su istəmək və ya yaxınlıqdakı bulaqların yerini soruşmaq olar.
Nəqliyyat
Şəkidən Qaşqaçay kəndinə taksi ilə 12-15 AZN-ə getmək olar (*0066 və ya *5577 taksi xidməti). Qaxdan isə şəhər taksiləri ilə 6-8 AZN-ə getmək mümkündür (“ALO taksi xidməti” +99470 298 9966). Qax avtovağzalından Qaşqaçay kəndinə avtobusla gün ərzində 3 dəfə gedə bilərsiniz (07:30; 13:00; 18:00 (0,70 AZN)).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.
Qaşqaçay – İlisu marşrutu
Yerləşdirməvə qida
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Qaxdadigər fəaliyyət növləri
Dağ balının ünvanı Ləkit Bal Evi
Ləkit Bal Evi bal yeməyi sevənlər, arıçılığın sirlərini öyrənmək istəyənlər və balın hazırlanmasında iştirak etmək... Daha ətraflı
Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
Səyahət bir çoxları üçün həm də başqa millətlərin dini müxtəlifliyi ilə tanış olmaq, anlayıb öyrənmək... Daha ətraflı
Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Qax Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə ən qədim dövlətlər, onların ictimai-siyasi vəziyyəti... Daha ətraflı
Yüzilliklərin memarlığı İçəribazar
Qax rayonunda yerləşən “İçəribazar” kompleksi tarixi-mədəni irsimizin ən gözəl nümunələrindəndir. Qalanın daxili ilə addımladıqca bu... Daha ətraflı
Qaxın gözəllikləri məşhur filmin kadrlarında
“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar... Daha ətraflı
Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. Daha ətraflı
İlisu şəlaləsini tamaşa edin
İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı
Sarıbaşda off-road turları
Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı