Qumux kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Belə ki, yaxınlıqda aparılmış arxeoloji qazıntılar zamanı hələ e.ə. 8 – 7-ci əsrlərdə burada yaşayışın olduğu təsbit olunub. Qumuxa gedən bu marşrut üzərindəki aşırımdan açıqlığa çıxdıqda ətraf dağlara və dərələrə geniş mənzərə açılır. Cığırlar hər yerdə aydın seçilir və tam işarələnmişdir.
Xəritəni yükləyin
MƏSAFƏ: 5,5 KM YOXUŞ: 200 M ENİŞ: 300 M |
MAKS. HÜNDÜRLÜK: 1250 M MİN. HÜNDÜRLÜK: 1020 M MÜDDƏT: 2 SAAT 10 DƏQ |
Başlanğıc nöqtəsindən işarələri izləyərək kəndin içi ilə davam edin. 100 m irəlidə yol sağa dönərək evlərin arası ilə davam edir və 500 m-dən sonra meşəyə qalxan cığır başlayır. Enli, aydın cığır 1,5 km-dən sonra aşırıma çatır və açıqlığa çıxır. Bu hissədə cığır bir qədər sola aşağı düşüb, meşənin içi ilə – kol basmış köhnə meşə yolu ilə davam edir. Kəndə yaxınlaşdıqca yol daha aydın və geniş olur. 2 km irəlidə yol meşədən açıqlığa çıxır və kəndə yaxınlaşır. Nişanları izləyərək 1,3 km irəlidə Qumux kəndinin əsas yoluna çıxa bilərsiniz.
Ətraf cığırlar
Turun müddətini uzatmaq üçün bu marşrutu, əvvəlcə, İlisu – Qaşqaçay marşrutu ilə, Qumuxa çatdıqdan sonra isə 7 km maşınla (və ya maşın yolu ilə piyada) gedib, Baş Göynük – Kiş marşrutu ilə birləşdirmək tövsiyə olunur.
Kişdən “Marxal Resort & Spa” istirahət mərkəzinə keçib orada təklif edilən yolsuzluq maşınları ilə Xan yaylağına çıxa bilərsiniz. Həmin yolla piyada çıxmağa icazə verilmir. Xan yaylağına piyada çıxmaq istədikdə xəritədə bir qədər araşdırma edib, Şəki şəhəri ətrafından yaylağa qalxan cığırları peyk görüntlərindən rahatlıqla seçmək olar. Bu marşrutlar hələlik işarələnməyib və təcrübəsiz haykinq həvəskarlarına tövsiyə edilmir. Şəki şəhərindən Orta Vərəzət kəndinə, oradan isə Baş Kəldək kəndinə meşəiçi, asan cığırlarla qısa yürüşlər etmək olar. Əksər turistlərin diqqətindən yayınan Vərəzət və Baş Kəldək kəndlərindəki qədim alban kilsələri elə yolunuzun üstündə rastınıza çıxacaq.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar olsa da, bu marşrutu il boyunca rahatlıqla keçmək olar. Yağıntılı günlərdən sonra cığırlar palçıqlı olur. İl boyunca cığır üzərində çoban alaçıqları olmur.
Qida və gecələmə
Hər iki kənddə kiçik dükanlar və kafelər fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Marşrut üzərində su mənbəyi olmasa da, qısa və rahat olduğu üçün su ehiyatı üçün narahat olmağa dəyməz. Yürüşdən kənar çox vaxt keçirmədikdə 1 l su ehtiyatı kifayətdir.
Nəqliyyat
Şəkidən Qaşqaçay kəndinə taksi ilə 12-15 AZN-ə getmək olar (*0066 və ya *5577 taksi xidməti). Qaxdan isə şəhər taksiləri ilə 6-8 AZN-ə getmək mümkündür (“ALO taksi xidməti” +99470 298 9966). Qax avtovağzalından Qaşqaçay kəndinə avtobusla gün ərzində 3 dəfə gedə bilərsiniz (07:30; 13:00; 18:00 (0,70 AZN)).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur.
Qaşqaçay – Qumux marşrutu
Yerləşdirməvə qida
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Qaxdadigər fəaliyyət növləri
Dağ balının ünvanı Ləkit Bal Evi
Ləkit Bal Evi bal yeməyi sevənlər, arıçılığın sirlərini öyrənmək istəyənlər və balın hazırlanmasında iştirak etmək... Daha ətraflı
Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
Səyahət bir çoxları üçün həm də başqa millətlərin dini müxtəlifliyi ilə tanış olmaq, anlayıb öyrənmək... Daha ətraflı
Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Qax Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə ən qədim dövlətlər, onların ictimai-siyasi vəziyyəti... Daha ətraflı
Yüzilliklərin memarlığı İçəribazar
Qax rayonunda yerləşən “İçəribazar” kompleksi tarixi-mədəni irsimizin ən gözəl nümunələrindəndir. Qalanın daxili ilə addımladıqca bu... Daha ətraflı
Qaxın gözəllikləri məşhur filmin kadrlarında
“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar... Daha ətraflı
Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa çatır. Daha ətraflı
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. Daha ətraflı
İlisu şəlaləsini tamaşa edin
İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı
Sarıbaşda off-road turları
Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı