Mahrasa atəşpərəstlik məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub. Məbədin yanında karvansaranı xatırladan bir tikili də var.
Xəritəni yükləyin
MƏSAFƏ: 10,2 KM YOXUŞ: 523 M ENİŞ: 1090 M |
MAKS. HÜNDÜRLÜK: 1450 M MİN. HÜNDÜRLÜK: 1001 M MÜDDƏT: 3 SAAT 50 DƏQ |
Marşrutun ilk 3,5 km-lik hissəsindən sonra maşın yolu yoxdur, ensiz cığırlardır. Marşrut Şəmkir çayına qədər enişlə davam edir. Daha sonra kiçik eniş və yoxuşlar var.
Soyuqbulaq kəndinin girişindən başlayan bu marşrut kəndin içi ilə kəndin çıxışına doğru irəliləyir. Torpaq maşın yolu ilə davam edən marşrut 3,5 km sonra dağ cığırına keçir. Bu hissə çılpaq dağlıq ərazilərdir. 1,5 km irəlilədikdən sonra isə kiçik çayı keçərək meşənin içinə daxil olursunuz. 3,2 km meşə ilə davam edən marşrut sizi Şəmkir çayının vadisinə aparacaq. Buradan sol tərəfə 1 km gedib Qız qalasına qalxa, yaxud sağ tərəflə davam edib, 1,5 km sonra Mahrasa məbədinə çata bilərsiniz. Bu hissədə bəzi yerlərdə cığırlar seçilmir, işarələri diqqətlə izləyib yola davam etməyiniz lazımdır.
Bu marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
Ətraf cığırlar
Bu marşrut Mahrasa məbədi – Əmirvar marşrutu ilə əlaqələndirilə bilər.
Mövsüm
Bütün mövsümlərdə uyğundur.
Qida və gecələmə
Marşrut üzərində yalnız Soyuqbulaq kəndində kiçik dükan var. Soyuqbulaq kəndində “Heyratın qonaq evi”ndə qalmaq olar (+99451 526 1188). Məbəd ətrafında gecələmək üçün yerlər yoxdur. Burada gecələmək niyyətiniz olsa, çadır və s. ləvazimatları özünüzlə götürməyiniz məsləhətdir.
Su
Kənddən sonra marşrut üzərində sadəcə iki yerdə bulaq var. Mahrasa məbədi ətrafında bulaq yoxdur.
Nəqliyyat
Gədəbəy rayon mərkəzindən taksi və ya şəxsi avtomobil ilə Soyuqbulaq kəndinə gedə bilərsiniz. Soyuqbulaq kəndinə qədər yol asfaltdır və bütün növ maşınlar üçün uyğundur.
Təhlükə qeydi
Maşın yolu bitdikdən sonrakı 1,5 km-lik yol üzərində bir neçə yerdə çoban alaçıqları var. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azma təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.
Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.
Soyuqbulaq – Mahrasa məbədi marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Göygöldədigər fəaliyyət növləri
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı
“Göygöl” şərab zavoduna turlar
Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı
Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı