dayaqları qədər möhkəmTağlı körpü
Şərq üslubunda inşa olunan Tağlı körpü Qubada hökmən görməli olduğunuz əsas tarixi memarlıq abidəsidir. Körpü Qudyalçay üzərində salındığı üçün həm də bu çayın adını daşıyır. Tağlı körpünün tikilməsi üçün ilkin tələb 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərinə təsadüf edir. Belə ki, bundan əvvəl onun yerində dayaqlar üzərində salınmış taxta körpü mövcud imiş və həmin körpünün inşası da 1851-ci ilə təsadüf edir. Lakin taxta körpünün ömrünün uzun olmaması yerində daha möhkəm və dayanıqlı körpünün inşasını zəruri etdi. 1894-cü ildə tikintisinə başlanan Tağlı körpü Çar III Aleksandrın sifarişi ilə Rusiya İmperiyasının Qafqazda hərbi mövcudluğunu möhkəmləndirmək məqsədilə salınmışdır. Əslində XIX əsrdə Qubada 7 körpü olsa da, yalnız bu körpü zamanın bütün sınaqlarına tab gətirmişdir.
Tağlı körpü həm də Qubanın Qırmızı qəsəbəsini şəhərin mərkəzi ilə birləşdirir. Bu körpüdən əsrlərdir ki, yerli və burada yaşayan dağ yəhudiləri istifadə edir. Onun mövcudluğu bu tarixi irsin icmalar arasında ünsiyyətin daim olması üçün nə qədər mühüm olduğunu göstərir.