Xınalıqda Qafqaz dağlarının fəthi

Azərbaycanın yüksəkliklərdə yerləşən dağ kəndlərindən biri olan Xınalığa xoş buyurmusunuz! Burada əzəmətli dağlara tamaşa edin, yerli mədəniyyətdən həzz alın və Köç yolu ənənəsi haqda maraqlı məlumatlar əldə edin.

XınalıqdaQafqaz dağlarının fəthi

5000 illik möhtəşəm tarixə malik Xınalıq kəndi Quba şəhərindən 57 km məsafədə, Bazardüzü, Tufandağ, Şahdağ və Qızılqaya zirvələrinin əhatəsində, dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə yerləşir. Xınalıq özündə ən zəngin etnoqrafik dəyərləri daşıyan əfsanəvi yaşayış məntəqəsidir. Kənddə dağlar dik və sıldırımlı olduğundan evlər bir-birinə çox sıx tikilib və hər bir evin damı ondan yüksəkdə yerləşən digər evin həyətidir.

Qədim Qafqaz Albaniyası tayfalarından sayılan Xınalıq əhalisi tamamilə nadir bir dildə - “Kətş” dilində danışırlar. Kənd sakinləri və yerli bələdçilər Xınalığın təbliğatında canla-başla çalışır və tez-tez qonaqları evlərinə dəvət edir, onlar üçün çay süfrəsi açırlar. Ləzzətli samovar çayından sonra kəndin ən yüksək yerində Cümə məscidini ziyarət edə bilərsiniz. Bundan başqa, kənddə Şeyx Şalbuz, Əbu Müslim, Pir Comərd məscidləri və Atəşgah məbədi var.

Xınalıqlılar tarix boyu köçəri heyvandarlıqla məşğul olub və minlərlə ailə dağlıq və düzənlik zonaları əhatə edən “Köç yolu” marşrutu boyunca bu ənənəni davam etdirir. Çox qürurvericidir ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq və qışlaq ərazilərini həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu əhatə edir.

Xınalıqda | Qafqaz dağlarının fəthi
QALEREYA

Xınalıq və Köç yolunun ab-havasını hiss edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
22.6°C
Orta:
15.5 – 29.7°C / 59.9–85.5°F

Temperaturu hiss et

Hazırda:
24.1°C
Orta:
15 – 30.3°C / 59.0–86.5°F

Külək

Hazırda:
  • Günəşli
  • Şərq-Cənub-Şərq
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yay

xəritədə bax

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Qubadadigər fəaliyyət növləri

Qeyri-adi yəhudi mətbəxi
Qeyri-adi yəhudi mətbəxi
Milli mətbəxlə tanışlıq

Qeyri-adi yəhudi mətbəxi

Yəqin ki, həyatınızda bircə dəfə də olsun yəhudi mətbəxinin dadına baxmısınız. Amma baxmamısınızsa, təəssüflənməyin. Dağ... Daha ətraflı

Yay-qış bolsulu Qurqur şəlaləsi
Yay-qış bolsulu Qurqur şəlaləsi
Haykinq imkanları

Yay-qış bolsulu Qurqur şəlaləsi

Yay olsun, qış olsun, fərq etmir, bütün fəsillərdə məftunedici mənzərələri ilə insanı heyran edir. Söhbət... Daha ətraflı

Dayaqları qədər möhkəm Tağlı körpü
Dayaqları qədər möhkəm Tağlı körpü
Mədəni irs obyektləri

Dayaqları qədər möhkəm Tağlı körpü

Qubada 19-cu əsr memarlığının ən möhtəşəm nümunələrindən olan Tağlı körpü çarın dövründə regionda tikilən yeddi... Daha ətraflı

Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Muzeylər və qalereyalar

Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi

Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyi dünyada yeganədir. Dağ yəhudilərinin ilk muzeyi olan... Daha ətraflı

Quba şəhərində  Memorial Kompleks ziyarəti
Quba şəhərində Memorial Kompleks ziyarəti
Muzeylər və qalereyalar

Quba şəhərində Memorial Kompleks ziyarəti

Quba Soyqırımı Memorial Kompleksi soyqırımı qurbanlarının xatirəsini anmaq, tarixi faktlarla daha yaxından tanış olmaq üçün... Daha ətraflı

Səfalı Qubada müasir müalicə imkanları
Səfalı Qubada müasir müalicə imkanları
Sağlamlıq və rekreasiya

Səfalı Qubada müasir müalicə imkanları

Böyük Qafqaz dağları qoynunda toxunulmamış təbiəti ilə ovsunlayan Quba nəinki ekoturizm həvəskarları üçün səyahət məkanıdır,... Daha ətraflı

Xınalığın yun corabları canınızı isti saxlasın
Xınalığın yun corabları canınızı isti saxlasın
Xalq sənətkarlığı

Xınalığın yun corabları canınızı isti saxlasın

Xınalığın qarlı, şaxtalı dağ mənzərələri sizi qəti narahat etməsin -  yerli sakinlərin əl işi olan... Daha ətraflı

Nabran sahillərində quş müşahidəsi
Nabran sahillərində quş müşahidəsi
Ornitoloji turizm

Nabran sahillərində quş müşahidəsi

Ölkəmizin şimalında yerləşən Nabran təkcə yamyaşıl meşələri və mənzərəli dəniz sahilləri ilə məşhur deyil, bu... Daha ətraflı

Qrızdəhnə – Qrız marşrutu üzrə haykinq
Qrızdəhnə – Qrız marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qrızdəhnə – Qrız marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib Qubanın dağətəyi meşələri və Qudyalçay kanyonunun dərin sıldırım qayalıqlarından zövq alacaqsınız.  Daha ətraflı

Qrız – Qrızdəhnə marşrutu üzrə haykinq
Qrız – Qrızdəhnə marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qrız – Qrızdəhnə marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, Qudyalçay kanyonunun dərin sıldırım qayalıqları və Qubanın dağətəyi meşələrindən zövq alacaqsınız. Daha ətraflı

Qrız – Qalaxudat marşrutu üzrə haykinq
Qrız – Qalaxudat marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qrız – Qalaxudat marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, geniş Qudyalçay vadisi, dərin kanyonlar və kanyonların üzərində uçuşan yırtıcı kərkəs quşları... Daha ətraflı

Qalaxudat – Qrız marşrutu üzrə haykinq
Qalaxudat – Qrız marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qalaxudat – Qrız marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, geniş Qudyalçay vadisi, dərin kanyonlar – bir sözlə, əsrarəngiz Qafqaz dağları mənzərəsindən... Daha ətraflı

Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq
Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi, köhnə əkin yerləri olmuş terraslar –... Daha ətraflı

Xınalıq – Qalaxudat marşrutu üzrə haykinq
Xınalıq – Qalaxudat marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Xınalıq – Qalaxudat marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi – bir sözlə, əsrarəngiz Qafqaz dağları... Daha ətraflı

Qafqaz dağlarında quş müşahidəçiliyi
Qafqaz dağlarında quş müşahidəçiliyi
Ornitoloji turizm

Qafqaz dağlarında quş müşahidəçiliyi

Heyrətamiz dağ kəndləri olan Xınalıq və Laza ölkəmizin ən xüsusi quş növlərini görmək üçün möhtəşəm... Daha ətraflı

Çənlibel gölündə balıqçılıq
Çənlibel gölündə balıqçılıq
Təbiət qoynunda istirahət

Çənlibel gölündə balıqçılıq

Qubanın təbiəti və yerli insanların qonaqpərvərliyi bu regionu əsl istirahət mərkəzinə çevirib. Çənlibel gölünə gələrək... Daha ətraflı

Qafqaz dağlarında qolf
Qafqaz dağlarında qolf
Qolf

Qafqaz dağlarında qolf

Qolf həvəskarısınızsa, qolf oynamaq üçün gözəl məkan olan Qafqaz dağlarının ətəklərində, Qubada yerləşən Milli Qolf... Daha ətraflı

Qubada yerli mətbəx üzrə masterklaslar
Qubada yerli mətbəx üzrə masterklaslar
Qida, içki və gecə həyatı

Qubada yerli mətbəx üzrə masterklaslar

Ən ləzzətli və ənənəvi Quba şirniyyatlarından paxlava və bükmə hazırlamağı yerli aşpazlardan öyrənin. Daha ətraflı

Quba xalçalarının naxışları haqda öyrənin
Quba xalçalarının naxışları haqda öyrənin
Xalq sənətkarlığı

Quba xalçalarının naxışları haqda öyrənin

Qubada xalça toxuma qədim ənənədir. Hər biri gözəl sənət əsəri olan xalçaları nəinki izləmək və... Daha ətraflı

Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq
Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq
Yəhudi irsi

Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq

Qırmızı qəsəbə unikal tarixi və mədəniyyəti ilə seçilir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənd... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Quba
Quba

Quba

Quba – əzəmətli Qafqaz dağlarına açılan qapıdır. Ekoturizm və açıq hava fəaliyyətlərinə üstünlük verənlər üçün Quba mükəmməl seçimdir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun