dolma bükmək üzrəmaster-klaslar
XVIII əsrə məxsus Şəki karvansarayı Azərbaycanın şimal bölgəsində yerləşən unikal tarix və mədəniyyət abidəsidir. Bura həm də hotel kimi fəaliyyət göstərir. Turistlər burada gecələməklə yanaşı, həm də Azərbaycanın ən məşhur təamlarından olan dolmanın hazırlanması üzrə master-klaslara qoşula bilərlər.
YUNESKO irsi kimi siyahıya alınmış dolma adətən üzüm yarpaqlarından hazırlanır və onun tərkibi bölgələrə görə dəyişir. Əsasən içərisində ət, düyü və göyərti olur. Şəkidə hazırlanan xüsusi dolma növü “dopu” adlanan saxsı gil qablarında bişirilir.
Master klasslar xüsusi bələdçilər və Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən keçirilir. (https://www.facebook.com/sheki.tic/)