halva hazırlanması üzrəmaster-klaslar
Şəki öz şirniyyatları ilə tanınır və bu qədim şəhərdə qonaq olanlar, bir qayda olaraq, yerli şirniyyat mağazalarına baş çəkirlər. Şəhərin ən məşhur şirniyyatı halvadır. Paxlavanın bir növü olan halva düyü unundan hazırlanmış çoxqatlı xəmirin içərisinə qoz, şərbət, ədviyyələr və zəfəran əlavə edilərək hazırlanır. Səliqə ilə hazırlanmış halva qutuları evə aparmaq üçün gözəl hədiyyədir. Onu evdə özünüz hazırlamaq istərdinizmi? Şəhərdəki şirniyyat mağazaları yerli şirniyyat ustaları tərəfindən yüz illərlə qorunan ailə reseptləri əsasında halva hazırlanması üzrə master-klasslar təşkil edirlər. Bu master klaslara qoşulmaq üçün yerli bələdçilər, yaxud Şəki Destinasiya Menecment Təşkilatı (https://www.facebook.com/sheki.tic/) ilə əlaqə saxlaya bilərsiniz.