sənətkarlıq emalatxanalarıvə əl işləri
Qədimlərdə İpək Yolu üzərində əsas ticarət mərkəzlərindən biri olmuş Şəki (köhnə Nuxa) bu gün də özünün tarixi əhəmiyyətini qoruyub saxlayır. Şəhərin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin adını daşıyan mərkəzi küçəsindəki kiçik suvenir dükanlarına baş çəkə bilərsiniz. Siz burada orijinal sənətkarlıq nümunələrinə – Azərbaycan qadınlarının əl işləri olan, naxışlarla bəzədilmiş təkəlduzlara, rəngbərəng baş örtüklərinə, qədim üslubda tikilmiş libaslara, balış və mütəkkələrə heyran qalacaqsınız. Nəsildən-nəslə ötürülən el sənətini bu gün də yaşadan bacarıqlı sənətkarlarla tanış olun, onların əl işlərindən – dibçəklər, papaqlar, miniatür mücrülər, milli musiqi alətlərindən əldə edin. Müxtəlif formalı xüsusi ağac parçaları üzərində rəngli şüşələrlə işlənmiş şəbəkələrin möhtəşəm mozaikasını görmək üçün isə Şəki Xan Sarayını ziyarət edin.