Laza kəndinin yerli əhalisi ləzgilərdən ibarətdir. Ləzgilərin əcdadları sayılan leqlər isə qədim Qafqaz Albaniyası dövləti ərazisində yaşayan tayfalardan biridir. Kənd 300 illik qədim məscidi, qoşa şəlaləsi və təbiəti ilə məşhurdur.
Xəritəni yükləyin
MƏSAFƏ: 6,5 KM YOXUŞ: 630 M ENİŞ: 280 M |
MAKS. HÜNDÜRLÜK: 1670 M MİN. HÜNDÜRLÜK: 1310 M MÜDDƏT: 3 SAAT 25 DƏQ |
Yürüşün ikinci yarısında Qızılqaya və Şahdağ platolarının qarlı zirvələrinin fonunda Qusarçay dərəsinin mənzərəsini izləyə bilərsiniz. Ümumiyyətlə, yürüş boyu gözəl mənzərələr çox olacaq. Yürüş əsasən yoxuşlardan ibarətdir və fiziki hazırlıq tələb edir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 500 m irəlidə çayı keçdikdən sonra sola yön alıb, körpünü keçirsiniz, ardınca da 2 km yoxuşla davam edirsiniz. Meşə daxilində nisbətən sərt yoxuşla davam edib aşırıma çıxacaqsınız. Aşırımdan görünən dərə boyu enişli-yoxuşlu cığırla gedib, Qusarçay dərəsi və Laza kəndinə açılan mənzərə ilə qarşılaşacaqsınız. Yaxınlıqda yerləşən qoşa şəlalələrə də baş çəkməyi unutmayın.
Mövsüm
Texniki olaraq orta çətinlikli yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinin olması vacibdir. Xüsusən qışda qarlı vaxtlarda bu marşrutu qış yürüş geyimləri olmadan getmək tövsiyə olunmur. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və küləkli hava şəraiti yürüşü çətinləşdirə bilər.
Ətraf marşrutlar
Bu marşrutu Yerği kek – Kuzun marşrutu ilə birləşdirə bilərsiniz.
Qida və gecələmə
Lazadan fərqli olaraq Kuzun kəndi turistik kənd deyil. Burada yalnız bir qonaq evi var. Kuzunda körpünün yanında dükan var (yayda müəyyən saatlarda işləyir). Kafe və ya restoran yoxdur. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Kəndin içində su doldura biləcəyiniz bulaq yoxdur. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Bu bulağı Qusarçayın dərəsində ağacların içindən keçəndə görəcəksiniz (Kuzun kəndindən təxminən 4 km məsafədə).
Nəqliyyat
Qusarın mərkəzindən Kuzuna yalnız yerli taksilər ilə 25-30 AZN qarşılığında getmək olar. Həmin gün Kuzundan geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və əlavə ödəniş tələb etmədən Qusara geri qaytara bilər. Yenə həmin gün Laza kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Laza kəndindən eyni sürücüyə 10 AZN əlavə ödəniş etməklə geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.
Kuzun – Laza marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Qusardadigər fəaliyyət növləri
Vəhşi təbiətdə həyəcanı hiss et
Bura Şahdağ Milli Parkıdır - zəngin flora və faunası ilə seçilən, ürəkoxşayan mənzərələr və biomüxtəlifliyin... Daha ətraflı
Memari ahəngi ilə Şeyx Cüneyd türbəsi
1544-cü ildə inşa edilən Şeyx Cüneyd türbəsi bir sıra tarixi hadisələrin şahidi olmuş mədəni irs... Daha ətraflı
Şahdağın qoynunda sürət həyəcanı
Şahdağın yamacları təkcə başı qarlı dağları seyr etmək və xizək əyləncəsindən zövq almaq üçün ideal... Daha ətraflı
Yerği kek – Kuzun marşrutu üzrə haykinq
Bu marşrutla siz, Şahdağ platosunun sıldırım qayalarının fonunda geniş çəmənlikləri və ətrafda görününən Qızılqaya platosunun əzəmətli... Daha ətraflı
Kuzun – Yerği kek marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, Şahdağ platosunun sıldırım qayalıqlarının fonunda geniş subalp çəmənlikləri və ətrafda görününən Qızılqaya... Daha ətraflı
Laza – Kuzun marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, Qusarçay dərəsinin sıldırım qayalıqları, şəlalələr və seyrək meşələrdən zövq alacaqsınız. Daha ətraflı
Qonaqpərvər ləzgi kəndində qonaqlıq
Hil kəndi təbii gözəllikləri ilə hər kəsi məftun edir. Dağlar qoynunda yerləşən bu ucqar kəndin... Daha ətraflı
Bazardüzü zirvəsinə yürüş
Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Rusiya ilə sərhəddə yerləşir. Bu xüsusi zonaya yürüş etmək... Daha ətraflı
Sakitlik üçün Qusarda terrenkur
Qusarın yaşıl təbiəti hər kəsə çox yaxşı tanışdır. Bəs bu təbiətlə vəhdət olub ruhunuzun dincəlməsini... Daha ətraflı
Şahdağda aktiv istirahət
Şahdağ kurortunda bütün ailə üçün onlarla maraqlı və əyləncəli fəaliyyət növü təklif olunur. Yayda ailəvi... Daha ətraflı
Qusarın yun xalça və geyimlərindən zövq alın
Qusarda qədim zamanlardan gözəl naxışlı corablar toxunur. Bu corabların funksional əhəmiyyəti daha da böyükdür. Qışda... Daha ətraflı
Qusarın mərkəzində şəhər gəzintisi
Qafqaz dağlarına yolunuzu Rusiya İmperiyasının tərkibində olduğu vaxtlardan qalmış rəngarəng qədim evləri ilə seçilən sakit... Daha ətraflı
Ləzgi mətbəxinin dadına baxın
Qafqaz dağlarının orijinal təamlarını dadmaq üçün Qusara yollanın. Azərbaycan mətbəxində xüsusi yeri olan ləzgi yeməkləri... Daha ətraflı
Şahdağda qış və yay macəraları
İlin istənilən vaxtında Şahdağ kurortunda ürəyinizcə fəaliyyət növü tapa bilərsiniz: xizəkçilik həvəskarları qışda, gəzinti və... Daha ətraflı