Qumux kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Belə ki, sonuncu arxeoloji qazıntılar zamanı hələ qədim zamanlardan burada yaşayışın olduğu təsbit olunub. Qaşqaçaya gedən bu marşrut üzərindəki aşırımdan açıqlığa çıxdıqda ətraf dağlara və dərələrə geniş mənzərə açılır. Cığırlar hər yerdə aydın seçilir və tam nişanlanıb.
Xəritəni yükləyin
MƏSAFƏ: 5,5 KM YOXUŞ: 200 M ENİŞ: 300 M |
MAKS. HÜNDÜRLÜK: 1250 M MİN. HÜNDÜRLÜK: 1020 M MÜDDƏT: 2 SAAT 10 DƏQ |
Başlanğıc nöqtəsindən nişanları izləyərək cığırla davam edin. Təqribən 1 km irəlidə cığır meşəyə girərək dik yoxuşu qalxmağa başlayır. Meşənin içi ilə irəlilədikcə cığırı kol-kos basmağa başlasa da, yürüş üçün yetərincə yer qalır. Təqribən 2 km irəlidə cığır açıqlığa çıxaraq bir az irəlidə aşırıma çatır. Aşırımdan sağa və aşağı düşən cığır 1,5 km irəlidə Qaşqaçay kəndinə çatır. Kəndin əsas yoluna çıxmaq üçün nişanları izləyərək davam edin. Əsas yola çıxdıqdan sonra İlisuya gedən nişanları izləyərək bir az irəlidə bu marşrutun məlumat lövhəsi ilə tanış ola bilərsiniz.
Bu marşrutu digər marşrutlarla əlaqələndirmək istəyirsinizsə, əks istiqamətdə, yəni Qaşqaçay kəndindən başlayaraq getmək daha məsləhətlidir. Hər iki istiqamət arasında nəzərəçarpacaq vaxt və ya çətinlik fərqi yoxdur.
Ətraf cığırlar
Bu marşrutu bu istiqamətdə getməyi planlaşdıranlar öncə Kiş – Baş Göynük marşrutu ilə, Qaşqaçay kəndinə çatdıqdan sonra isə Qaşqaçay – İlisu marşrutu ilə davam edə bilərlər.
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və kifayət qədər təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər ikigünlük trekinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.
Mövsüm
May–sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar olsa da, bu marşrutu il boyunca rahatlıqla keçmək olar. Yağıntılı günlərdən sonra cığırlar palçıqlı olur. İl boyunca marşrut üzərində çoban alaçıqları olmur.
Qida və gecələmə
Hər iki kənddə kiçik dükanlar və kafelər fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Marşrut üzərində su mənbəyi olmasa da, qısa və rahat olduğu üçün su ehiyatına görə narahat olmağa dəyməz. Yürüşdən kənar çox vaxt keçirmədikdə 1 l su ehtiyatı kifayətdir.
Nəqliyyat
Şəki şəhər bazarından Baş Layısqı istiqamətində kiçik tutumlu marşrut avtobusları (1 AZN) fəaliyyət göstərir. Qumux kəndi Baş Layısqının yuxarı hissəsində yerləşir. Qumuxa taksi ilə də (*0066 və *5577 taksi xidmətləri ilə 6-8 AZN-ə) getmək mümkündür.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur.
Qumux – Qaşqaçay marşrutu
Yerləşdirməvə qida
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Şəkidədigər fəaliyyət növləri
şərab və mədəni irs Az Abrau Muzeyi
Az Abrau Muzeyi təkcə qədim tarixi ilə deyil, həm də gözəl şərabları ilə məşhur olan... Daha ətraflı
Şəkidə aqroturizm təcrübəsi
Şəki elə bir diyardır ki, orada hər kəs öz maraq dairəsinə uyğun fəaliyyətlər tapa bilər.... Daha ətraflı
Nəsillərin yadigarı Şəki ipəkçilik diyarı
Böyük Qafqaz dağlarının qoynunda məskən salan qədim ipəkçilik diyarı Şəki şəhərinə səyahət edərkən çoxəsrlik el... Daha ətraflı
Şəki xanlarının mirası Xan məscidi
Şəki Xan məscidi kompleksi Xan Sarayından sonra görülməli olan mühüm tarixi məkanlardan biridir. Şəki xanlığının... Daha ətraflı
Şəkinin Kiş adası
Şəkinin “Kiş adası” istirahət mərkəzi dağlar qoynunda eyni vaxtda həm istirahət etmək, həm də atsürmə... Daha ətraflı
Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Bir vaxtlar Böyük İpək Yolunun üzərində yerləşən Şəki nəinki ipəkçilik diyarı olması ilə məşhurdur, həm... Daha ətraflı
Şəki dağlarına at belində səyahət
Şəki özünün ecazkar təbiəti, zəngin tarixi abidələri və möhtəşəm memarlıq nümunələri ilə həmişə cəlbedici olub.... Daha ətraflı
Kiş – Baş Göynük marşrutu üzrə haykinq
Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, cığırlar hər yerdə... Daha ətraflı
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzun və fiziki cəhətdən... Daha ətraflı
Şəki Xan Sarayında ekskursiya
Şəki Xan Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Bu incə və möcüzəli tikilini görmədən Şəkini tərk... Daha ətraflı
Dolma bükmək üzrə master-klaslar
Milli mətbəximizin ən dadlı təamlarından biri, əlbəttə, dolmadır. Dolmanın onlarla növündən biri dopuda bişir. Şəkidə... Daha ətraflı
Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq... Daha ətraflı
Sənətkarlıq emalatxanaları və əl işləri
Şəki şəhərində özünə və yaxınlarına hədiyyə seçmək asan iş deyil. Bu kiçik şəhərdə onlarla sənətkar... Daha ətraflı
Qədim Şəkidə tarixi gəzinti
YUNESKO-nun Dünya İrsi siyahısına salınmış qədim Şəki şəhəri hər kəs üçün xoş istirahət və İpək... Daha ətraflı
Halva hazırlanması üzrə master-klaslar
Şirniyyat həvəskarları Şəki halvası, bamiyə və digər yerli təamların dadından xəbərdardırlar. Şəkiyə səfər edərkən, özünüzü... Daha ətraflı