şərab barlarındayerli şərablardan zövq alın
Bakıda hər cibə uyğun çox sayda şərab barı fəaliyyət göstərir. Onların bəzilərində yerli şərabları da dadmaq olar. “KEFLI”, “Enoteca Meydan”, “Saqi”, “CafeCity”, “PORT Wine & Grill”, “Room” kimi barların qapısı hər kəsin üzünə açıqdır - istər əsl şərab həvəskarları, istərsə də yeni başlayanların. Eyni zamanda bəzi turizm şirkətləri qonaqlara yerli şərab məhsullarından dadmaq imkanı yaradan xüsusi turlar təklif edirlər. Belə ki, şəhərin mərkəzindəki bir neçə bara baş çəkərək yerli şərabları dada və ənənəvi qəlyanaltılardan həzz ala bilərsiniz.
Yerli delikates olan nar şərabını da dequstasiya etmək fürsətini qaçırmayın.