milli incəsənətimizlətanışlıq
Milli İncəsənət Muzeyində Azərbaycanın klassik incəsənət nümunələri ilə yanaşı, Türkiyə, İran, Yaponiya, Çin, Rusiya və Qərbi Avropa incəsənətinin şah əsərləri də nümayiş olunur. Muzeyin iki binası tarixi XIX əsrə gedib çıxan tarixi abidələrdir. Teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşıyan muzeydəki kolleksiyada tarixi e.ə. IV minillikdən günümüzə qədər olan eksponatlar nümayiş etdirilir. Burada boyalı qablar, mis və tunc işləməli məmulatlardan tutmuş qədim xalçalar və zinət əşyalarına qədər 17 mindən çox sənət əsərinə tamaşa edə bilərsiniz. Muzeydə XV-XVI əsr Azərbaycanın miniatür rəssamlarının əsərlərini, o cümlədən müasir rəssamların yaratdığı rəsm əsərləri və heykəllərini görə bilərsiniz. Muzeyin həyətində dahi azərbaycanlılar - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın Qarabağda güllələnmiş büstləri də saxlanılır.
Muzey çərşənbə axşamından bazar gününə kimi saat 10:00-18:00-da fəaliyyət göstərir. Telefon nömrəsi +994 12 492 0707-dir. Giriş biletləri 1-10 AZN arasında dəyişir.