Heydər Əliyev Mərkəzindəsərgiləri ziyarət edin
Tanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmiş Heydər Əliyev Mərkəzi 2012-ci ildə istifadəyə verilmişdir. Möhtəşəm dalğavari quruluşa malik və paklıq və sülh rəmzi olan ağ rəngli Mərkəz Bakının müasir simvollarından birinə çevrilib.Mərkəzin qeyri-adi formasından əlavə, daxilində yerli, eləcə də dünya incəsənət və mədəniyyətinin ən gözəl nümunələrini nümayiş etdirən geniş çeşidli daimi və müvəqqəti sərgiləri izləyə bilərsiniz. Dünya səviyyəsində hazırlanmış sərgi salonları və muzey kompleksi sizi heyran edəcək. Binada gözoxşayan kafeteriya, müasir konsert zalı və hətta möhtəşəm köhnə markalı avtomobillərdən ibarət kolleksiya da var.