kiçik məkandaböyük Vaqif dünyası
Öz yaradıcılığı ilə XX əsr Azərbaycan musiqisində sililməz iz buraxmış, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə İçərişəhərdə, hazırda Vaqif Mustafazadə döngəsi adlanan ünvanda yerləşən evdə dünyaya gəlmiş, qısa ömrünün çox hissəsini bu evdə yaşamışdır. Ev-muzey özündə həm də dahi musiqiçinin davamçısı Əzizə Mustafazadənin də xatirələrini yaşadır.
Muzeydə Vaqif Mustafazədəyə aid fotoşəkillər, afişalar, müxtəlif sənədlər, bəstəkarın tələbə bileti, qrammofon valları, məişət əşyaları və s. nümayiş etdirilir. Muzeyin ən qiymətli eksponatları arasında Vaqif Mustafazadənin pianinosu – bu həm də Əzizə Mustafazadənin ilk pianinosu olub – bəstəkarın qadağalara baxmayaraq, səsini yavaş edərək öz sevimli caz musiqiçilərinin ifalarına qulaq asdığı radio da yer alır. Ziyarətçilər həmçinin muzeydə cazmenin ailəsinə aid maqnitofon və bir neçə albom da görə bilərlər. Vaqif Mustafazadənin ifaları maqnitofonda səsləndirilir və turistlər ifaları dinləyə, albom fotolarına baxa bilərlər. Muzeyin qapıları həftənin bazar ertəsindən başqa bütün günlər saat 10:00-18:00 arasında ziyarətçilərinin üzünə açıqdır.
Ətraflı məlumat üçün:
Vaqif Mustafazadənin ev-muzeyi
Ünvan: Bakı şəhəri, Vaqif Mustafazədə döngəsi 4, mənzil 9
Tel.: +99412 492 1792
museum.az/az/museum/12