qutab hazırlanmasımaster-klasları
Qutab milli yeməklərimiz arasında ən çox sevilənlər arasındadır. Könlünə qutab düşən birbaşa milli mətbəx restoranlarına yollana bilər. Hətta Bakı küçələrində gəzərkən belə yolüstü kiçik köşklərdə satılan qutablardan alıb gəzintiyə davam edə bilərsiniz. Amma siz həm də qutabın bişirilməsini izləmək və bu prosesə qoşulmaq istəyirsinizsə, masterklaslar bunun üçün mükəmməl fürsətdir.
Bu masterklaslar xüsusi bələdçilər tərəfindən təşkil edilsə də, alternativlər mövcuddur. Sadəcə ərazidəki yerli restoranlara daxil olub aşpazları izləyə, yaxud hazırlanma prosesində iştirak üçün icazə ala bilərsiniz. Bir çox restoranlarda sizə qutabların içliyini yaymağa və kənarlarını qatlamağa dəvət edəcəklər.