Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Qrızlılar yalnız bu xalqa xas dildə danışır və Azərbaycanın ən qədim etnoslarından hesab olunurlar. Marşrutun üzərindəki Qrız kəndi yaxınlığında yerləşən kiçik, amma gursulu Qurqur şəlaləsinə yayda baş çəkib sərinləmək olar. Qışda isə şəlalə donub fərqli gözəllik alır.
Xəritəni yükləyin
MƏSAFƏ: 9,3 KM YOXUŞ: 820 M ENİŞ: 1000 M |
MAKS. HÜNDÜRLÜK: 2225 M MİN. HÜNDÜRLÜK: 1920 M MÜDDƏT: 4 SAAT 10 DƏQ |
Marşrut qismən yorucu olsa da, cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək maşın yolunun kənarı ilə irəliləyin – kəndin çıxacağında sağ tərəfdəki qəbiristanlıqdan 400 m irəlidə Kokoş dərəsinə doğru ayrılan cığıra yön alacaqsınız. Dərəyə sərt enişlə qayalıq relyefdə davam edin. 1,3 km yol qət edib, kiçik çayı keçib dərə içi ilə bir az irəlilədikdən sonra kiçik yoxuşla kanyonun müşahidə nöqtəsinə çatırsınız. Təxminən 2,5 km irəlidə (Qurqur şəlaləsi yaxınlıqdadır) isə daha gursulu çayı keçirsiniz, oradan da 2,8 km sonra Qrız kəndinə çatırsınız.
Ətraf cığırlar
Bu marşrutu Xınalıq – Qalaxudat və Qrız – Qrızdəhnə marşrutları ilə birləşdirmək olar.
Mövsüm
Texniki olaraq orta çətin yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinizin olması vacibdir. Kokoş dərəsinə eniş sərt olduğu üçün qışda qarlı günlərdə xüsusən ehtiyatlı davranmalısınız. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul, qarlı dağları görmək üçün isə dekabr – fevral aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və qarlı hava şəraiti yürüşü xeyli çətinləşdirə bilər. Küləkli havada Kokoş dərəsinə eniş risklidir.
May və sentyabr aylarında, qoyun sürülərinin köç vaxtı Kokoş dərəsində müvəqqəti dayanan qoyun sürülərinin yanında çoban itləri ilə qarşılaşa bilərsiniz. Buradan keçərkən ehtiyatlı olun. Yarana biləcək xoşagəlməz halların qarşısını almaq üçün çobanı uzaqdan səsləməyiniz tövsiyə olunur.
Qida və gecələmə
Qalaxudat və Qrız kəndlərində restoran və ya kafe yoxdur. Ancaq kənddə qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Marşrut boyunca iki yerdə içməli bulaq var. Kokoş dərəsinə enib köndələn torpaq cığırla yürüş edərkən kiçik çayın üzərindən keçirsiniz. Yağışlı və qarın əridiyi dövrlərdən başqa digər vaxtlarda çayın suyu təmiz və içməli olur. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. İkinci içməli su mənbəyi isə Qurqur şəlaləsinin axdığı çayın suyudur. Bu su hövzəsi də yağışlı və qarın əridiyi vaxtlarda bulanıq olur.
Nəqliyyat
Qalaxudat kəndinə yolsuzluq avtomobili ilə getmək mümkündür və Qubanın mərkəzindən yalnız yerli taksilər ilə 50 AZN qarşılığında getmək olar. Həmin gün Qalaxudatdan geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və Qubaya əlavə ödəniş tələb etmədən qaytara bilər. Yenə həmin gün Qrız kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Qrızdan Qubaya eyni sürücüyə əlavə 30 AZN ödəniş etməklə geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.
Qalaxudat – Qrız marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Qubadadigər fəaliyyət növləri
Qeyri-adi yəhudi mətbəxi
Yəqin ki, həyatınızda bircə dəfə də olsun yəhudi mətbəxinin dadına baxmısınız. Amma baxmamısınızsa, təəssüflənməyin. Dağ... Daha ətraflı
Yay-qış bolsulu Qurqur şəlaləsi
Yay olsun, qış olsun, fərq etmir, bütün fəsillərdə məftunedici mənzərələri ilə insanı heyran edir. Söhbət... Daha ətraflı
Dayaqları qədər möhkəm Tağlı körpü
Qubada 19-cu əsr memarlığının ən möhtəşəm nümunələrindən olan Tağlı körpü çarın dövründə regionda tikilən yeddi... Daha ətraflı
Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyi dünyada yeganədir. Dağ yəhudilərinin ilk muzeyi olan... Daha ətraflı
Quba şəhərində Memorial Kompleks ziyarəti
Quba Soyqırımı Memorial Kompleksi soyqırımı qurbanlarının xatirəsini anmaq, tarixi faktlarla daha yaxından tanış olmaq üçün... Daha ətraflı
Səfalı Qubada müasir müalicə imkanları
Böyük Qafqaz dağları qoynunda toxunulmamış təbiəti ilə ovsunlayan Quba nəinki ekoturizm həvəskarları üçün səyahət məkanıdır,... Daha ətraflı
Xınalığın yun corabları canınızı isti saxlasın
Xınalığın qarlı, şaxtalı dağ mənzərələri sizi qəti narahat etməsin - yerli sakinlərin əl işi olan... Daha ətraflı
Nabran sahillərində quş müşahidəsi
Ölkəmizin şimalında yerləşən Nabran təkcə yamyaşıl meşələri və mənzərəli dəniz sahilləri ilə məşhur deyil, bu... Daha ətraflı
Qrızdəhnə – Qrız marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib Qubanın dağətəyi meşələri və Qudyalçay kanyonunun dərin sıldırım qayalıqlarından zövq alacaqsınız. Daha ətraflı
Qrız – Qrızdəhnə marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, Qudyalçay kanyonunun dərin sıldırım qayalıqları və Qubanın dağətəyi meşələrindən zövq alacaqsınız. Daha ətraflı
Qrız – Qalaxudat marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, geniş Qudyalçay vadisi, dərin kanyonlar və kanyonların üzərində uçuşan yırtıcı kərkəs quşları... Daha ətraflı
Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi, köhnə əkin yerləri olmuş terraslar –... Daha ətraflı
Xınalıq – Qalaxudat marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi – bir sözlə, əsrarəngiz Qafqaz dağları... Daha ətraflı
Qafqaz dağlarında quş müşahidəçiliyi
Heyrətamiz dağ kəndləri olan Xınalıq və Laza ölkəmizin ən xüsusi quş növlərini görmək üçün möhtəşəm... Daha ətraflı
Çənlibel gölündə balıqçılıq
Qubanın təbiəti və yerli insanların qonaqpərvərliyi bu regionu əsl istirahət mərkəzinə çevirib. Çənlibel gölünə gələrək... Daha ətraflı
Qafqaz dağlarında qolf
Qolf həvəskarısınızsa, qolf oynamaq üçün gözəl məkan olan Qafqaz dağlarının ətəklərində, Qubada yerləşən Milli Qolf... Daha ətraflı
Qubada yerli mətbəx üzrə masterklaslar
Ən ləzzətli və ənənəvi Quba şirniyyatlarından paxlava və bükmə hazırlamağı yerli aşpazlardan öyrənin. Daha ətraflı
Quba xalçalarının naxışları haqda öyrənin
Qubada xalça toxuma qədim ənənədir. Hər biri gözəl sənət əsəri olan xalçaları nəinki izləmək və... Daha ətraflı
Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq
Qırmızı qəsəbə unikal tarixi və mədəniyyəti ilə seçilir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənd... Daha ətraflı
Xınalıqda Qafqaz dağlarının fəthi
Azərbaycanın yüksəkliklərdə yerləşən dağ kəndlərindən biri olan Xınalığa xoş buyurmusunuz! Burada əzəmətli dağlara tamaşa edin,... Daha ətraflı