Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Qrızlılar yalnız bu xalqa xas dildə danışırlar və Azərbaycanın ən qədim etnoslarından biridir.
Xəritəni yükləyin
MƏSAFƏ: 8,5 KM YOXUŞ: 1160 M ENİŞ: 470 M |
MAKS. HÜNDÜRLÜK: 2100 M MİN. HÜNDÜRLÜK: 1330 M MÜDDƏT: 4 SAAT 20 DƏQ |
Yürüş kifayət qədər çətin hesab olunur, ehtiyatlı və təcrübəli olmağı tələb edir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – cığırla meşəyə daxil olub, 1,5 km-dən sonra açıqlığa çıxırsınız. 2 km sərt yoxuşdan sonra irəlidə “Xan kek” deyilən yerdə cığır ikiyə ayrılır. Sağa gedən nişanlanmamış cığır Xoruz qayası və Qrızdəhnə şəlaləsinin yuxarısındakı kaskad şəlaləyə çatır. Daha irəli getmək təhlükəlidir və məsləhət deyil. Qrız kəndinə gedən sol cığır isə kanyonun sıldırım qayalıqlarının üstü ilə davam edir. Təxminən 6 km-dən sonra Qrıza çatacaqsınız.
Ətraf cığırlar
Bu marşrutu Qrız-Qalaxudat marşrutu ilə birləşdirə bilərsiniz.
Mövsüm
Texniki olaraq çətin yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinin olması çox vacibdir. Bir neçə yerdə sərt yoxuş olduğuna görə yüksəklik qorxusu olanlar üçün bu marşrut uyğun deyil. Qışda qarlı vaxtlarda bu marşrut ümumiyyətlə təhlükəli ola biləcəyi üçün məsləhət görülmür. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və küləkli hava şəraiti yürüşü xeyli çətinləşdirə bilər.
Qida və gecələmə
Qrızdəhnə kəndi turistik kənddir və istər mövsümi, istərsə də il boyu fəaliyyət göstərən restoran və hotellər mövcuddur. Həmçinin qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri də var. Qrız kəndində isə restoran və ya kafe yoxdur. Ancaq öz evlərində yemək və gecələmə təklif edən qonaq evləri var. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Bu bulaq Qrız kəndinə çatmağa az qalmış marşrutun üzərindədir.
Nəqliyyat
Qrızdəhnə kəndinə yolsuzluq avtomobili ilə getmək mümkündür və Qubanın mərkəzindən yalnız yerli taksilər ilə 20-25 AZN qarşılığında getmək olar. Həmin gün Qrızdəhnədən geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və əlavə ödəniş tələb etmədən Qubaya geri qaytara bilər. Yenə həmin gün Qrız kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Qrızdan Qubaya eyni sürücüyə 40 AZN əlavə ödəniş etməklə geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.
Qrızdəhnə – Qrız marşrutu
hotel rezervasiyaedin
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.
Qubadadigər fəaliyyət növləri
Qeyri-adi yəhudi mətbəxi
Yəqin ki, həyatınızda bircə dəfə də olsun yəhudi mətbəxinin dadına baxmısınız. Amma baxmamısınızsa, təəssüflənməyin. Dağ... Daha ətraflı
Yay-qış bolsulu Qurqur şəlaləsi
Yay olsun, qış olsun, fərq etmir, bütün fəsillərdə məftunedici mənzərələri ilə insanı heyran edir. Söhbət... Daha ətraflı
Dayaqları qədər möhkəm Tağlı körpü
Qubada 19-cu əsr memarlığının ən möhtəşəm nümunələrindən olan Tağlı körpü çarın dövründə regionda tikilən yeddi... Daha ətraflı
Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyi dünyada yeganədir. Dağ yəhudilərinin ilk muzeyi olan... Daha ətraflı
Quba şəhərində Memorial Kompleks ziyarəti
Quba Soyqırımı Memorial Kompleksi soyqırımı qurbanlarının xatirəsini anmaq, tarixi faktlarla daha yaxından tanış olmaq üçün... Daha ətraflı
Səfalı Qubada müasir müalicə imkanları
Böyük Qafqaz dağları qoynunda toxunulmamış təbiəti ilə ovsunlayan Quba nəinki ekoturizm həvəskarları üçün səyahət məkanıdır,... Daha ətraflı
Xınalığın yun corabları canınızı isti saxlasın
Xınalığın qarlı, şaxtalı dağ mənzərələri sizi qəti narahat etməsin - yerli sakinlərin əl işi olan... Daha ətraflı
Nabran sahillərində quş müşahidəsi
Ölkəmizin şimalında yerləşən Nabran təkcə yamyaşıl meşələri və mənzərəli dəniz sahilləri ilə məşhur deyil, bu... Daha ətraflı
Qrız – Qrızdəhnə marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, Qudyalçay kanyonunun dərin sıldırım qayalıqları və Qubanın dağətəyi meşələrindən zövq alacaqsınız. Daha ətraflı
Qrız – Qalaxudat marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, geniş Qudyalçay vadisi, dərin kanyonlar və kanyonların üzərində uçuşan yırtıcı kərkəs quşları... Daha ətraflı
Qalaxudat – Qrız marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, geniş Qudyalçay vadisi, dərin kanyonlar – bir sözlə, əsrarəngiz Qafqaz dağları mənzərəsindən... Daha ətraflı
Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi, köhnə əkin yerləri olmuş terraslar –... Daha ətraflı
Xınalıq – Qalaxudat marşrutu üzrə haykinq
Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi – bir sözlə, əsrarəngiz Qafqaz dağları... Daha ətraflı
Qafqaz dağlarında quş müşahidəçiliyi
Heyrətamiz dağ kəndləri olan Xınalıq və Laza ölkəmizin ən xüsusi quş növlərini görmək üçün möhtəşəm... Daha ətraflı
Çənlibel gölündə balıqçılıq
Qubanın təbiəti və yerli insanların qonaqpərvərliyi bu regionu əsl istirahət mərkəzinə çevirib. Çənlibel gölünə gələrək... Daha ətraflı
Qafqaz dağlarında qolf
Qolf həvəskarısınızsa, qolf oynamaq üçün gözəl məkan olan Qafqaz dağlarının ətəklərində, Qubada yerləşən Milli Qolf... Daha ətraflı
Qubada yerli mətbəx üzrə masterklaslar
Ən ləzzətli və ənənəvi Quba şirniyyatlarından paxlava və bükmə hazırlamağı yerli aşpazlardan öyrənin. Daha ətraflı
Quba xalçalarının naxışları haqda öyrənin
Qubada xalça toxuma qədim ənənədir. Hər biri gözəl sənət əsəri olan xalçaları nəinki izləmək və... Daha ətraflı
Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq
Qırmızı qəsəbə unikal tarixi və mədəniyyəti ilə seçilir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənd... Daha ətraflı
Xınalıqda Qafqaz dağlarının fəthi
Azərbaycanın yüksəkliklərdə yerləşən dağ kəndlərindən biri olan Xınalığa xoş buyurmusunuz! Burada əzəmətli dağlara tamaşa edin,... Daha ətraflı